Məhkəmə qərarları › İş №3(015)-1979/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1979/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1979/2024 26.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ağstafa rayonu Poylu qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333-1.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 329.3 və 333-1.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə saat 16:13-də idarə etdiyi “Mersedes-Benz E 350 CGİ Minik” markalı, 77CN577 dövlət nömrə nişanlı avtomobili ilə Ağstafa şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən İXM-nin 329.3-cü maddəsinin tələblərini pozduğundan yol polisi əməkdaşları tərəfindən saxlanılmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilən zaman nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi faktı aşkar olunmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirili bilərək izahatında bildirdi ki, o, “Tır” sürücüsüdür. xx.xx.2024-cü il tarixdə saat 16:13-də idarə etdiyi “Mersedes-Benz E 350 CGİ Minik” markalı, 77CN577 dövlət nömrə nişanlı avtomobili ilə Ağstafa şəhərində hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilən zaman nəqliyyat vasitəsinin narkotik vasitədən istifadə edərək idarə etməsi aşkar olunmuşdur. O, narkotik vasitə istifadəçisi deyil, himayəsində azyaşlı uşaqları var. Evlərində yeganə qazanc gətirən şəxs özüdür. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərar qəbul etmiş Ağstafa RPŞ-nə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunmuşdur görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:13-də idarə etdiyi “Mersedes-Benz E 350 CGİ Minik” markalı, 77CN577 dövlət nömrə nişanlı avtomobili ilə Ağstafa şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən İXM-nin 329.3-cü maddəsinin tələblərini pozduğundan yol polisi əməkdaşları tərəfindən saxlanılmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilən zaman nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi faktı aşkar olunmuşdur. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müqayinəsi haqqında xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs həmin tarixdə tibbi müayinədən keçirilən zaman nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 329.3 və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müqayinəsi haqqında xx.xx.2024-cü il tarixli akt və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 329.3 və 333-1.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmalıdır İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. İXM-nin 331-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs tətbiq olunacaq inzibati tənbeh tədbirinin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati qaydada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.3, 114.1.1, 115, 117, 329.3 və 333- 1.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 30 (otuz) manat məbləğində inzibati qaydada cərimə, İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs qəti olaraq 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs tətbiq edilən cərimə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin hesabına köçürülsün. Qərarın icrası Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar