Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-1983/2024 13.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağstafa rayon polis şöbəsindən daxil olmuş materiala baxaraq, Müəyyən etdi : Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağstafa rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəmə materialı nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən material aidiyyəti üzrə göndərilməlidir. İş materiallarından göründüyü kimi, Şəxs inzibati xəta törətdiyi üçün barəsində İXM-nin 334.2-ci maddəsi ilə Qazax rayon polis şöbəsində 06.06.202-cü il tarixdə İXP ******* saylı protokol tərtib edilmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi yer Qazax rayonunun ərazisidir. Bu səbəbdən hazırki material baxılması üçün aidiyyəti üzrə Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərililir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati material baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nın 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati material baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-1983/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-1983/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver