Məhkəmə qərarları › İş №3(015)-199/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-199/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-199/2024 08.02.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, “X7 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC-nin) ditektoru X2 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Tovuz regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Tovuz regional ərazi şöbəsinin rəisi X1 tərəfindən qəbul olunmuş 12 yanvar 2024cü il tarixli, MN106573225 nömrəli qərarla X6 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.000 manat məbləğində cərimə edilmişdir. “X7 Kompleksi” MMC-nin ditektoru X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Tovuz regional ərazi şöbəsinin rəisi X1 tərəfindən onun barəsində qəbul olunmuş 12 yanvar 2024-cü il tarixli, MN1065732 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X6 şikayətini onun əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Tovuz regional ərazi şöbəsinin rəisi X1 tərəfindən onun barəsində qəbul olunmuş 12 yanvar 2024-cü il tarixli, MN1065732 nömrəli inzibati xəta haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli bilinib 1.000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, şikayətçi X5 ilə xx.xx.2018-ci il tarixində əmək müqaviləsi bağlanmışdır. İşlədiyi dövr ərzində bütün ödənişlər (əmək haqqı, məzuniyyət, son haqq-hesab) tam şəkildə ödənilmiş və xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2.b bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X5 işdən çıxarılarkən hər-hansı bir əmək haqqı borcu qalmamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alıb həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Tovuz regional ərazi şöbəsinin nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasına gəlməmiş, eləcə də şikayətə dair öz mülahizə və izahatını məhkəməyə təqdim etməmişdir. Məhkəmə şikayətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Tovuz regional ərazi şöbəsinin nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Tovuz regional ərazi şöbəsinin rəisi X1 tərəfindən onun barəsində qəbul olunmuş 12 yanvar 2024-cü il tarixli, MN1065732 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə 1.000 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti nəzərdə keçirərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “X7 Kompleksi” MMC-nin ditektoru X6 əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası ilə əlaqədar əmək qanunvericiliyinin tələblərini icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Tovuz regional ərazi şöbəsinin rəisi X1 tərəfindən qəbul olunmuş 12 yanvar 2024-cü il tarixli, MN1065732 nömrəli inzibati tənbeh vermə haqqında qərarla düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə 1.000 manat məbləğində cərimə edilmişdir. Bundan başqa, X6 şikayətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdikdən sonra barəsində inzibati tənbeh tətbiq tətbiq edildiyini göstərmişdir. İş materialları araşdırılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Tovuz regional ərazi şöbəsinin rəisi X1 tərəfindən qəbul olunmuş 12 yanvar 2024-cü il tarixli, MN1065732 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunarkən müddətin pozulması halları müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Tovuz regional ərazi şöbəsinin rəisi X1 tərəfindən qəbul olunmuş 12 yanvar 2024-cü il tarixli, MN1065732 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunarkən heç bir pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, X2 şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Tovuz regional ərazi şöbəsinin rəisi X1 tərəfindən qəbul olunmuş 12 yanvar 2024-cü il tarixli, MN1065732 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 48, 114-115, 128-130 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. “X7 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ditektoru X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Tovuz regional ərazi şöbəsinin rəisi X1 tərəfindən qəbul olunmuş 12 yanvar 2024cü il tarixli, MN1065732 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar