Məhkəmə qərarları › İş №3(015)-1995/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-1995/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-1995/2024 27.12.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olur, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ağstafa şəhəri, R.Alıcanov 56 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 442-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağstafa şəhəri, R.Alıcanov küçəsində yerləşən şəxsi mağazasında istehsalı və ya satılması qadağan olunmuş pirotexniki vasitələri qanunsuz satması faktı aşkar olunmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, Ağstafa şəhəri, R.Alıcanov küçəsində mağaza işlədir. “Sədərək” Ticarət Mərkəzində tanımadığı şəxsdən pirotexniki vasitələr alaraq özünə məxsus fərdi mağazada satmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə həmin pirotexniki vasitələri satmaq məqsədi ilə Ağstafa şəhəri, R.Alıcanov küçəsində yerləşən şəxsi mağazasında saxlamış, həmin gün polis əməkdaşları ona yaxınlaşaraq onun satış etdiyi mağazaya baxış keçirərək istehsalı və ya satılması qadağan olunmuş pirotexniki vasitələri aşkar etmişlər. Əməlindən peşmandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağstafa şəhəri, R.Alıcanov küçəsində yerləşən şəxsi mağazasında istehsalı və ya satılması qadağan olunmuş 01 ədəd üzərində ROMAN CANDLE AFRC-1808 sözləri yazılmış, 03 ədəd üzərində ROMAN CANDLE AFS20010 sözləri yazılmış, 12 ədəd MAGİCAL SHOTS 40 sözləri yazılmış, 07 ədəd üzərində RED STARS VİTH REPORT sözləri yazılmış, 32 qutu üzərində PETARDS K0201 sözləri yazılmış, 26 ədəd üzərində CRAZY ROBOTS MK1002 sözləri yazılmış, 21 ədəd üzərində CORSAN sözləri yazılmış, 04 ədəd üzərində MAMBA 2 sözləri yazılmış, 24 ədəd üzərində MEGA MK27 sözləri yazılmış, 21 ədəd üzərində EK6207 CRACKER sözləri yazılmış, 07 ədəd üzərində SUPER TOP TP 1007 sözləri yazılmış, 33 ədəd üzərində EK23 sözləri yazılmış, 24 ədəd EXPLOSİVE P20 sözləri yazılmış, 31 ədəd üzərində SUPER PİRATE 0206 sözləri yazılmış, 93 ədəd üzərində TP2000 sözləri yazılmış, 24 ədəd üzərində BOOM BİG BANK sözləri yazılmış, 12 ədəd üzərində DİNAMİD sözləri yazılmış, 04 ədəd üzərində GOLD PEARL sözləri yazılmış, 01 ədəd üzərində BLACK TİGER 1007 sözləri yazılmış, 02 ədəd üzərində PETARDA P750 sözləri yazılmış, 01 ədəd üzərində P500 sözləri yazılmış, 134 ədəd üzərində mini triangle sözləri yazılmış pirotexniki vasitələri qanunsuz satması faktı aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) qanun pozuntusu kimi qiymətləndilməklə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 442-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati xəta törətmişdir və əməlindən peşmandır. Məhkəmə həmin halları onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş materiallarında onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin törətdiyi inzibati xətaya görə nəəzrdən tutulmuş tənbehdən daha yüngül aşağı həddə cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Ağstafa şəhəri, R.Alıcanov küçəsində yerləşən şəxsi mağazasından aşkar edilərək götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş pirotexniki vasitələr 01 ədəd üzərində ROMAN CANDLE AFRC-1808 sözləri yazılmış, 03 ədəd üzərində ROMAN CANDLE AFS20010 sözləri yazılmış, 12 ədəd MAGİCAL SHOTS 40 sözləri yazılmış, 07 ədəd üzərində RED STARS VİTH REPORT sözləri yazılmış, 32 qutu üzərində PETARDS K0201 sözləri yazılmış, 26 ədəd üzərində CRAZY ROBOTS MK1002 sözləri yazılmış, 21 ədəd üzərində CORSAN sözləri yazılmış, 04 ədəd üzərində MAMBA 2 sözləri yazılmış, 24 ədəd üzərində MEGA MK27 sözləri yazılmış, 21 ədəd üzərində EK6207 CRACKER sözləri yazılmış, 07 ədəd üzərində SUPER TOP TP 1007 sözləri yazılmış, 33 ədəd üzərində EK23 sözləri yazılmış, 24 ədəd EXPLOSİVE P20 sözləri yazılmış, 31 ədəd üzərində SUPER PİRATE 0206 sözləri yazılmış, 93 ədəd üzərində TP2000 sözləri yazılmış, 24 ədəd üzərində BOOM BİG BANK sözləri yazılmış, 12 ədəd üzərində DİNAMİD sözləri yazılmış, 04 ədəd üzərində GOLD PEARL sözləri yazılmış, 01 ədəd üzərində BLACK TİGER 1007 sözləri yazılmış, 02 ədəd üzərində PETARDA P750 sözləri yazılmış, 01 ədəd üzərində P500 sözləri yazılmış, 134 ədəd üzərində mini triangle sözləri yazılmış pirotexniki vasitələr müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 442-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Şəxs Ağstafa şəhəri, R.Alıcanov küçəsində yerləşən şəxsi mağazasından aşkar edilərək götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş pirotexniki vasitələr 01 ədəd üzərində ROMAN CANDLE AFRC-1808 sözləri yazılmış, 03 ədəd üzərində ROMAN CANDLE AFS20010 sözləri yazılmış, 12 ədəd MAGİCAL SHOTS 40 sözləri yazılmış, 07 ədəd üzərində RED STARS VİTH REPORT sözləri yazılmış, 32 qutu üzərində PETARDS K0201 sözləri yazılmış, 26 ədəd üzərində CRAZY ROBOTS MK1002 sözləri yazılmış, 21 ədəd üzərində CORSAN sözləri yazılmış, 04 ədəd üzərində MAMBA 2 sözləri yazılmış, 24 ədəd üzərində MEGA MK27 sözləri yazılmış, 21 ədəd üzərində EK6207 CRACKER sözləri yazılmış, 07 ədəd üzərində SUPER TOP TP 1007 sözləri yazılmış, 33 ədəd üzərində EK23 sözləri yazılmış, 24 ədəd EXPLOSİVE P20 sözləri yazılmış, 31 ədəd üzərində SUPER PİRATE 0206 sözləri yazılmış, 93 ədəd üzərində TP2000 sözləri yazılmış, 24 ədəd üzərində BOOM BİG BANK sözləri yazılmış, 12 ədəd üzərində DİNAMİD sözləri yazılmış, 04 ədəd üzərində GOLD PEARL sözləri yazılmış, 01 ədəd üzərində BLACK TİGER 1007 sözləri yazılmış, 02 ədəd üzərində PETARDA P750 sözləri yazılmış, 01 ədəd üzərində P500 sözləri yazılmış, 134 ədəd üzərində mini triangle sözləri yazılmış pirotexniki vasitələr müsadirə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar