Məhkəmə qərarları › İş №3(015)-295/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-295/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-295/2025 28.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, Ağstafa rayon prokurorluğunun böyük köməkçisi vəzifəsini icra edən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Ağstafa rayonu Xətai kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Ağstafa RPŞ-nin PPX-nin polis nəfəri, polis serjantı işləyən, Ağstafa rayonu Xətai kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağstafa Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Prokurorluğu Ağstafa rayon prokurorluğundan material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində sürücülük hüququ olmadan idarə etdiyi “Vaz-2107” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhəri M.Mustafayev küçəsində hərəkətdə olarkən həmin küçənin Qarabağ küçəsi ilə kəsişməsində sağ tərəfdən gələn X2 idarə etdiyi “Cehvrolet Cruze” markalı, ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətinə üstünlük verərək həmin avtomobilin keçməsini gözləməli olduğu halda gözləməyərək qeyd edilən avtomobilin sol yan hissəsini idarə etdiyi avtomobillə vurmuş, nəticədə X3 qapalı kəllə beyin travması, sağ çənə nahiyyəsinin çapılmış yarası ilə nəticələn yüngül bədən xəasrəti yetirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirili bilərək izahatında bildirdi ki, xx.xx.2024cü il tarixdə saat 11 radələrində ximətdə olmadığı vaxtda sürücülük hüququ olmadan idarə etdiyi idarə etdiyi “Vaz-2107” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Vaz-21099” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhəri M.Mustafayev küçəsində hərəkətdə olarkən həmin küçənin Qarabağ küçəsi ilə kəsişməsində sağ tərəfdən gələn X2 idarə etdiyi “Cehvrolet Cruze” markalı, ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətinə üstünlük verərərək həmin avtomobilin keçməsini gözləməli olduğu halda gözləməyərək qeyd edilən avtomobilin sol yan hissəsini idarə etdiyi avtomobillə vurmuşdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb ona yüngül tənbehi verilməsini xahiş etdi. Məhkəmə iclasında Ağstafa rayon prokurorluğunun böyük köməkçisi vəzifəsini icra edən X4 göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində sürücülük hüququ olmadan idarə etdiyi idarə etdiyi “Vaz-2107” markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhəri M.Mustafayev küçəsində hərəkətdə olarkən həmin küçənin Qarabağ küçəsi ilə kəsişməsində sağ tərəfdən gələn X2 idarə etdiyi “Cehvrolet Cruze” markalı, ** RM *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətinə üstünlük verərərək həmin avtomobilin keçməsini gözləməli olduğu halda gözləməyərək qeyd edilən avtomobilin sol yan hissəsini idarə etdiyi avtomobillə vurmuş, nəticədə X3 qapalı kəllə beyin travması, sağ çənə nahiyyəsinin çapılmış yarası ilə nəticələn yüngül bədən xəasrəti yetirmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs X5 iştirak etməmiş, iş materiallarında olan izahatından görünür ki, baş vermiş hadisə ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 488 saylı rəyindən görünür ki, X2 bədənində müəyyən edilmiş xəsarət- qapalı kəllə beyin travması, sağ çənə nahiyyəsinin çapılmış yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid olan xəsarətlərdir. Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görəyüz manat məbləğində cərimə edilir. Qeyd edilən Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatları, ekspert rəyi, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada cərimə tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, və 332.4-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs tətbiq edilən cərimə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin hesabına köçürülsün. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar