Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-296/2025 31.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə, xx.xx.1992-ci ildə Ağstafa rayonunun Qırılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Ağstafa rayonu Qırılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1094/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli, icra sənədi Ağstafa Rayon Məhkəməsinin 2(015)-1147/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli, Qazax Rayon Məhkəməsinin 2(015)-178/202-008 nömrəli, xx.xx.2023-cü il tarixli, Ağstafa rayonu Notariat Kontoru 8İ-7096 saylı xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclu Şəxs icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixli 2(015)-1094/2024 nömrəli icra sənədi üzrə 985 manat aliment borcundan 400 manat ödəniş etmişdir, qalan borcu isə tez bir zamanda ödəyəcəkdir. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Tələbkar şəxs məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 400 manat aliment borcundan ödəniş etməsini qəbul edir. Qalan borcunu hissə-hissə ödəməsinə etiraz etməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edib göstərdi ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-1094/2024-008 nömrəli, xx.xx.2024-cü il tarixli, icra sənədi Ağstafa Rayon Məhkəməsinin 2(015)-1147/2022- 008 nömrəli, xx.xx.2022-ci il tarixli, Qazax Rayon Məhkəməsinin 2(015)-178/202-008 nömrəli, xx.xx.2023-cü il tarixli, Ağstafa Rayonu Notariat Kontoru 8İ-7096 saylı xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən borcları icra etmir. Aliment borcu üzrə 985 manat borcu, digər icra sənədləri üzrə 3016 manat borcu yaranmışdır. Hazırda aliment borcundan 400 manat ödəniş etmiş, qalan borcunu və digər icra qeydləri üzrə borcunu isə ödəyəcəyini bildirmişdir. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Lakin, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, Şəxs ondan Ağstafa Rayon Məhkəməsinin 2(015)-1094/2024-008 nömrəli, xx.xx.2024cü il tarixli, icra sənədi Ağstafa Rayon Məhkəməsinin 2(015)-1147/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli, Qazax Rayon Məhkəməsinin 2(015)-178/202-008 nömrəli, xx.xx.2023-cü il tarixli, Ağstafa Rayonu Notariat Kontoru 8İ-7096 saylı xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən borcları icra etmir. Aliment borcu üzrə 985 manat borcdan 400 manat ödəmiş və onun 585 manat borcu qalmışdır. O, qalan borcunu və digər icra qeydləri üzrə borcunu əmək haqqını aldıqda ödəyəcəyini bildirmişdir. Hazırkı vəziyyətdə Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməməsi, tələbkara heç bir əmlak verməməsi və ya hər hansı miqdarda pul ödəməməsi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 31 yanvar 2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118 və 430.4-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş 31 yanvar 2025-ci il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-296/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-296/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver