Məhkəmə qərarları › İş №3(015)-297/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-297/2025

03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-297/2025 03.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Ramal Məhəmməd oğlu Qasımzadənin katibliyi, Protokolu tərtib etmiş Ağstafa RPŞ-nin DYPB-nin polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2006-cı ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 334.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1, 332.1, 332.2 və 334.3-cü maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:22 radələrində sürücülük hüququ olmadan, sərxoş halda idarə etdiyi özünə məxsus olmayan “Vaz 2107” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində düzünə hərəkətdə olan zaman manevr qaydasını pozaraq yolun kənarında dayanıqlı vəziyyətdə olan “Toyota Prius” markalı **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Hadisə nəticəsində xəsarət alanlar olmamış, avtomobillərə maddi ziyan dəymişdir. Buna görə onun barəsində İXMnin 327.1, 332.1, 332.2 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirili bilərək izahatında bildirdi ki, o, hadisə baş verən günü bilməyərəkdən bir stəkan pivə içmişdir. Həmin günü dayısı ona zəng edərək maşınını onların qapısına sürməyi bildirmiş, o da, xx.xx.2025-ci il tarixdə gecə radələrində Vaz 2107” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb apararkən ara məsafəsi saxlamadığı üçün “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində maşınlara ziyan dəymişdir. Zərərçəkmiş şəxsin maşınını düzəltdirəcək. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağstafa RPŞ-nin DYPB-nin polis kapitanı X3 göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:22 radələrində sürücülük hüququ olmadan, sərxoş halda idarə etdiyi özünə məxsus olmayan “Vaz 2107” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində düzünə hərəkətdə olan zaman manevr qaydasını pozaraq yolun kənarında dayanıqlı vəziyyətdə olan “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Hadisə nəticəsində xəsarət alanlar olmamış, avtomobillərə maddi ziyan dəymişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İş materiallarında olan alkotestr arayışından görünür ki, Şəxs inzibati xəta haqqında hadisəni törədən zaman onda olan alkoqolun miqdarı 0,983 faiz olmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334.3-cü maddəsinə əsasən, bu məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs nəqliyyat vasitəsinin etibarnamə və idarə etmək hüququ olmadan alkoqoldan istifadə etməklə araməsafəsi saxlamadan idarə edərək zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla onun əməli İXM-nin 334.3-cü maddəsi ilə əhatə olunduğundan, o, əlavə olaraq İXM-nin 327.1, 332.1 və 332.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə, Şəxs tərəfindən İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və inzibati xəta haqqında protokolu tərtib etmiş izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, yəni sürücülük hüququ olmadan, sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi, təqsirinin dərəcəsini, dəymiş ziyanı ödəməməsi, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 327.1, 332.1, 332.2 və 334.3-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 03 fevral 2025-ci il tarixdən saat 16:15-dən hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X1 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar