Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-3/2024 08.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN-nin) Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş EQ 17519532 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş EQ 17519532 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsi tərəfindən tərtib edilmiş EQ 17519532 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.2-ci maddəsi ilə nəzərdə tutlmuş inzibati xətanı törətdiyinə görə 100 manat cərimə edilmişdir. Həmin qərarlarla razı deyildir. Belə ki, ona məxsus **-TK-*** dövlət qeydiyyat nişanlı, “Ford” markalı minik avtomobili vardır. Onun sürücülük vəsiqəsi yoxdur, ona görə də avtomobil idarə etmir. Avtomobil onun adına olduğundan yalnız sürücülük vəsiqəsi olan ailə üzvləri ilə birgə avtomobillə gedir. xx.xx.2023-cü il tarixində DYP-dən onun telefonuna mesaj gələrək İXM-nin 332.2-ci maddəsi ilə 100 manat cərimə olunduğu bildirilmişdir. Onun ünvanına nə protokol, nə də elektron qərar göndərilib. Gələn mesajdan sonra aidiyyatı üzrə orqandan maraqlanan zaman cərimənin yazılmasına səbəb olan video qeydiyyata baxmış və həmin görüntüdə avtomobilin xəstəxananın qarşısında dayandığı, həmçinin içində heç kimin olmadığı əks olunmuşdur. Yəni, avtomobil dayanmış halda və avtomobildə heç kim olmayan vaxt bu şəkil çəkilib. Ona bildirmişlər ki, maşının sahibinin sürücülük hüququ yoxdur və maşın sahibi də heç kimə sürmək üçün etibarnamə vermədiyindən o, cərimə olunub. Hesab edir ki, DYP-nin bu yanaşması düzgün deyil. Çünki, mülkiyyətçi kimi özü avtomobildə olanda sürücülük vəsiqəsi olan istənilən şəxsə maşını sürməyi etibar edə bilərdi. Ona görə də tənbeh vermə haqqında qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə və şikayət vermiş şəxs X2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında onlardan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 64.3cü maddələrini rəhbər tutaraq inzibati xətalar haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun). Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədləri şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilərək X1 barəsində olan izibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-in 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X3 barəsində EQ 17519532 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Bununla da inzibati orqan inzibati xəta haqqında protokola baxaraq qərar qəbul edərkən X1 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsi tərəfindən X1 İXM-in 332.2-ci maddəsi ilə cərimə olunmasına dair EQ 17519532 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli X3 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsi tərəfindən X1 İXM-in 332.2-ci maddəsi ilə cərimə olunmasına dair EQ 17519532 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-3/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-3/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver