Məhkəmə qərarları › İş №3(015)-306/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-306/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-306/2023 16.03.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsinin LOT-İİİ hissəsi üzrə tikintini həyata keçirən «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsindən müvafiq icazə olmadan ağır texnikalar vasitəsilə qarışıq süxurun götürülərək yeni çəkilən yolan yataq hissəsinə daşınması müəyyənləşdirilmişdir. Buna görə də «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Zaur İsgəndərli bildirdi ki, hazırki protokol Azərbaycan Respublikası Ekologia və Təbii Sərvətlər Nazirliyi həmin protokolu Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsi tərəfindən verilmiş məktub əsasında tərtib etmişdir. Lakin protokol tərtib olunarkən Azərbaycan Respublikası Ekologia və Təbii Sərvətlər Nazirliyi heç bir araşdırma aparılmamışdır. «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialı X2 228-ci maddəsi ilə məsuliyyətə səbəb olacaq heç bir hərəkət etməmişdir. Bu barədə Dağkəsəmən bələdiyyəsi və ya protokolu tərtib edən Ekologia və Təbii Sərvətlər Nazirliyi heç bir sübut təqdim etməmişdir. Həmçinin, hazırki materiala qeyd edilən ərazinin bələdiyyə ərazisinə aid olması barədə ekspert və ya mütəxəssis rəyi alınmamış, inzibati xəta haqqında protokolda barəsində inzibati icraat aparılan hüquqi şəxsə dair heç bir məlumat göstərilməmiş, inzibati icraat aparılarkən hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin olunmamış və protokola əlavə edilmiş sənədlərin heç biri həmin sənədlərin həqiqətə uyğun olmasını təsdiq edəcək möhürlə təsdiq olunmamışdır. Qeyd etdiyi nöqsanlara görə hazırki material Ağstafa Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 3(015)-428/2022 saylı qərarı ilə geri qaytarılsa da həmin nöqsanlar aradan qaldırılmadan material yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iş üzrə icraata xitam verilməli və cəmiyyət inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apardığı monitorinq nəticəsində Gəncə-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsinin LOT-İİİ hissəsi üzrə tikintini həyata keçirən «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Ağstafa rayonu Dağ Kəsəmən bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsindən müvafiq icazə olmadan ağır texnikalar vasitəsilə qarışıq süxurun götürülərək yeni çəkilən yolan yataq hissəsinə daşınması müəyyənləşdirilmiş və bu barədə nümayəndəsi olduğu orqana rəsmi məlumat göndərilmişdir. Həmin məlumat və Ağstafa rayon Dağ Kəsəmən bələdiyyəsinin məktubu əsasında «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının barəsində inzibati araşdırılma aparılmış, bu barədə cəmiyyətin rəhbər şəxslərinə məlumat verilmiş, lakin onlar iştirak etməmişdir. Bundan sonra «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının barəsində İXM-nin 228-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və materialı araşdırıb hesab edir ki, «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və cəmiyyət inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məlum olduğu kimi, qanunvericiliyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Lakin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının barəsində inzibati araşdırılma aparılan zaman inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin həmin filiala məxsus olması müəyyən edilməmiş, oradan aşkar olunmuş maddi sübutlar barədə materiala hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa məhkəməyə qeyd etməyi zəruri hesab edir ki, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. İnzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Məhkəməyə təqdim olunmuş sənədlərdə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsinə işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edilməsi və həmin xəbərdarlıq məktubunun hüquqi şəxsin nümayəndəsinə təqdim olunması baradə mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanvericiliyə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edilməli, ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunmalıdır Hazırki materiala sübut kimi əlavə edilmiş sənəd isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ağstafa rayon Dağ Kəsəmən bələdiyyəsinin möhürsüz məlumat xarakterli məktubundan ibarətdir. Lakin, mübahisəli ərazinin Dağ Kəsəmən bələdiyyəsi ərazisinə aid olması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ekspertiza təyin edilməmiş və bu barədə ekspert və ya mütəxəssis rəyi materiala əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 71.1-ci maddəsinə əsasən elm, incəsənət, texnika və ya sənət sahəsində məsələlərin izahı üçün ekspertizanın aparılması və ekspert rəyinin verilməsi üçün kifayət qədər xüsusi biliyə malik olan və inzibati xəta haqqında işin nəticəsində şəxsən maraqlı olmayan şəxs ekspert kimi dəvət olunur. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı əhəmiyyət kəsb edən hər hansı məsələnin həlli üçün elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələlərin aydınlaşdırılması məqsədi ilə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərardadı ilə ekspertiza təyin edir. Yuxarıda qeyd olunan nöqsanlara görə yəni, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Ağstafa Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 3(015)-428/2022 saylı qərarı ilə inzibati xətalar haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsa da həmin nöqsanlar aradan qaldırılımadan material yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Belə olan halda hazırki iş üzrə icraata xitam verilməli və «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialı inzibati məsuliyyətdən azad edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, sadalanan xüsusatların heç biri mövcud deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 19 yanvar 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən «Maqro Construction” MMCnin Azərbaycan Respublikasındakı filialının barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialı inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 18, 53, 105, 114.1.1, 115, 117, 118 və 228-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 19 yanvar 2023cü il tarixli MN ******* №-li inzibati protokola əsasən «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialının barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və «Maqro Construction” MMC-nin Azərbaycan Respublikasındakı filialı inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar