Məhkəmə qərarları › İş №3(015)-388/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-388/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-388/2024 30.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Şikayət vermiş şəxs X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Ağstafa Mənzil Kommunal Təsərrüffatı Birliyinin Baş direktoru X1 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X7 tərəfindən qəbul olunmuş 29 noyabr 2024-cü il tarixli, MN1441121 nömrəli qərarla Ağstafa Mənzil Kommunal Təsərrüffatı Birliyinin Baş direktoru X5 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə edilmişdir. X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X7 tərəfindən onun barəsində qəbul olunmuş 29 noyabr 2024-cü il tarixli, MN1441121 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, o, Ağstafa Mənzil Kommunal Təsərrüffatı Birliyinin Baş direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X7 tərəfindən onun barəsində qəbul olunmuş 29 noyabr 2024-cü il tarixli, MN1441121 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə təqsirli bilinib 2.000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərar tam ədalətsiz olmaqla bərabər ondan xəbərsiz olaraq tərtib edilmiş, etmədiyi bir əmələ görə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin qərara əsasən Baş direktoru olduğu Ağstafa Mənzil Kommunal Təsərrüffatı Birliyinin poliqonuna atılmış bərk məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilmişdir. İşlədiyi müddətdə və hal-hazıra kimi tərəfindən zibil tullantılarının tam olaraq qayda və qanuna əsasən daşınaraq basdırılmaqla zərərsizləşdirilməsi həyata keçirilir. Həmin cərimə yazılan vaxt isə orada belə bir hal olmamışdır. Müşahidə olunan yanğın zibil poliqonunun ərazisində deyil, tamamilə şəxsi mülkiyyəti olan digər şəxsin ərazisində baş vermişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayət ərizəsini müdafiə edib təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 şikayəti qəbul etməyib göstərmişdir ki, hadisə 17 yanvar 2024-cü ildə olmuş, Ağstafa Mənzil Kommunal Birliyinə ayrılmış poliqon ərazisində yanğın baş vermişdir. Həmin əraziyə baxış keçirilən zaman ərazidə məişət tullantılar qalaqlanması və yandırılması müşahidə olunmuş Yalçın İsmayılovun iştirakı ilə birlikdə baxış keçirilib və barəsində akt və protokol tərtib olunaraq o, inzibati qaydada cərimə olunmuşdur. Eyni zamanda Y.İsmayılovun barəsində qərar qəbul olunarkən ona bildiriş göndərilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Eyni zamanda, “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli, 74 saylı Qərarının 7.5-ci bəndinə əsasən istifadəyə yararsız məişət tullantılarının həcminin azaldılması məqsədilə onların yandırılması üçün ekoloji-sanitar standartlara cavab verən xüsusi qurğular sobalar quraşdırılmalıdır. Sobalarda məişət tullantılarının tam yanması üçün lazımi temperatur rejiminə riayət olunmalıdır və yandırılan zaman ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədilə soba xüsusi avadanlıqla təmin olunmalıdır. Həmin Qərarın 7.8-ci bəndinə əsasən kənar şəxslərin poliqon ərazisinə daxil olmasının qarşısını almaq məqsədilə ərazi perimetri boyu çəpərlənərək keçidin qadağan olunduğu barədə xəbərdaredici qeydləri olan plakatlar qoyulmalıdır. Bu sahədə cavabdeh - balansında həmin poliqon olan hüquqi və ya fiziki şəxsdir. İş materiallarından görünür ki, Ağstafa RİHB-nın 25 aprel 2023-cü il tarixli, 74 saylı sərəncamı ilə rayonun Dağ Kəsəmən kəndinin inzibati ərazisində, əvvəllər ballast götürülmüş, kənd təsərrüfatı məqsədi ilə istifadə üçün yararsız 3,0 hektar torpaq sahəsində bərk məişət tullantıları poliqonu yaradılmış, həmin poliqonun layihələndirmə işləri üçün Ağstafa Mənzil Kommunal Təsərrüffatı Birliyinin növbəti ilin illik xərcləri smetasında əvvəlcədən nəzərdə tutulması üçün təkliflər verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 15 yanvar 2024-cü il tarixdə həmin poliqona Ağstafa Mənzil Kommunal Təsərrüffatı Birliyinin Baş direktoru X1 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, bir neçə vaxtdır poliqonda bərk məişət tullantıları basdırılmır, nəticədə yüngül polietilen torbalar ətrafa yayılır, atılmış tullantılar poliqonun bəzi sahəsində yandırılır və atılmış bərk məişət tullantıları qalaqlanmaya səbəb olur. Həmin hal isə qanunverciliyin tələblərini pozduğundan bu barədə xx.xx.2024-cü il tarixdə akt tərtib olunmuş, qeyd edilən akt əsasında cavabdeh olan şəxs olan Yalçın İsmayılovun barəsində İXM-nin 271-ci maddəsinə əsasən protokol tərtib olunaraq sonuncunun ünvanına göndərilmişdir. Eyni zamanda, Yalçın İsmayılovun barəsində vəzifəli şəxs kimi inzibati tənbehvermə haqqında qərar çıxarılacağı ilə bağlı bildiriş məktubu göndərilmiş, lakin sonuncu dəvət olunduğu idarəyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılaraq qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 02 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X7 tərəfindən X1 barəsində qəbul edilmiş “İnzibati tənbehin tətbiq edilməsi haqqında” 29 yanvar 2024-cü il tarixli, MN seriyalı, № ******* qərarla X5 Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 2000 (iki min) manat miqdarında cərimə edilmişdir. İXM-nin 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Yalçın İsmayılovun barəsində qərar qəbul olunarkən qanunvericiliyin maddi və prosessual tələblərinə riayət olunaraq heç bir hüquq və ya qanun pozuntusuna yol verilməmiş, işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, inzibati xəta törədən şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar faktiki sübutlarla müəyyən edilərək düzgün qərar qəbul edilmişdir. Ona görə də şikayət təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 02 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X7 tərəfindən X1 barəsində qəbul edilmiş “İnzibati tənbehin tətbiq edilməsi haqqında” 29 yanvar 2024-cü il tarixli, MN seriyalı, № ******* qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 02 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X7 tərəfindən X1 barəsində qəbul edilmiş “İnzibati tənbehin tətbiq edilməsi haqqında” 29 yanvar 2024-cü il tarixli, MN seriyalı, № ******* qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar