Məhkəmə qərarları › İş №3(015)-423/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-423/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-423/2025 27.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İsmayılov oğlunun və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağstafa RPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik leytenantı X1 iştirakları ilə xx.xx.1980-ci ildə Ağstafa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİİ qrup əlil, evli, “Azəriqaz” İstehsalat Birliyində çilingər işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206 və 510-cu maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİNnin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:05 radələrində Ağstafa şəhəri Q.Kərəm küçəsində telefonla ucadan danışaraq xırda xuliqanlıq etmişdir. Daha sonra polis əməkdaşları onu Ağstafa RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra həmin şəxsin narkotik vasitələr istifadəçisi olduğu məlum olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 10:55 radələrində əsəbi olduğundan öz evi həyəti tərəfdə, Ağstafa şəhəri Q.Kərəm küçəsində ucadan telefonla ucadan danışmış, bu zaman polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Onu aparan zaman polis əməkdaşlarına heç bir narazılıq etməmiş və tabesizlik göstərməmişdir. Həmçinin, ünvanlı və ya ünvansız nalayiq ifadələr işlətməmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları onu narkotik vasitədən istifadə edib-etməməsini yoxlamaq üçün ekspertə aparmışlar və orada onun narkotik vasitə istifadə etməsi məlum olmuşdur. O, narkotik vasitə aludəçisi deyildir. Narkotik vasitə olan marixuananı isə təqribən 7-10 gün əvvəl istifadə etmişdir. Nadir hallarda belində qığırdaq yiyilməsi, ağrıları olduğu üçün cəmi iki dəfə marixuana qəbul etmişdir. İstifadə etdiyi ağrıkəsici dərman vasitələri də eyni tərkibə malikdir, ola bilsin ki qanın analizi də onu göstərmişdir. Hazırda “Azəriqaz” İstehsalat Birliyində çilingər işləyir. Özü İİİ qrup əlildir. Himayəsində bir azyaşlı uşağı vardır. Həyat yoldaşı isə xəstədir. Əgər ona inzibati həbs tətbiq edilərsə işdən azad oluna bilər və həmin hal onun ailəsinin həyat şəraitini ağır vəziyyətə salar. Etdiyi əməldən həqiqətən peşmandır və ona inzibati cərimə növündə tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağstafa RPŞnin İTB-nin polis sahə rəisi, polis polkovnik leytenantı X2 ifadəsində göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İsmayılov oğlunun özü də etdiyi əməli etiraf etmişdir. Qaçaq Kərəm küçəsindən polis əməkdaşları polis şöbəsinə 11 radələrində narkotik vasitə istifadə etməsində şübhəli kimi gətirmişlər. Qaçaq Kərəm küçəsi onun fəaliyyət sahəsi olmadığı üçün tam ətraflı məlumat verə bilməyəcəyini, lakin növbədə olduğu üçün protokol tərtib edib gətirdiyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İsmayılov oğlunun Azəriqaz” İstehsalat Birliyində işçi kimi tanıdığını, belə işlər törədəcək şəxs kimi tanımadığını bildirdi. Bu səbəbdən hazırki inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:55 radələrində xidmətdə olarkən Ağstafa şəhəri Q.Kərəm küçəsində bir nəfər şəxsin ucadan telefonla danışdığını görmüş və onu polis şöbəsinə dəvət etmişlər. O, əsəbi olduğu üçün telefonu yerə atmışdır. Onu aparan zaman polis əməkdaşlarına heç bir narazılıq etməmiş və tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid Elşad Kərimovla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:55 radələrində Ağstafa şəhəri Q.Kərəm küçəsində ucadan telefonla danışaraq xırda xuliqanlıq etmişdir. Daha sonra polis əməkdaşları onu Ağstafa RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra həmin şəxsin narkotik vasitələrdən istifadə etdiyi məlum olmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26 fevral 2025-ci il tarixli rəyindən görünür ki, Şəxs narkotik vasitədən epizodik istifadə etmə halları olub. Narkotik vasitələrdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə, həmçinin xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 206 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahid ifadələri, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, ekspert rəyi və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 206 və 510-cu maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs tətbiq ediləcək inzibati tənbehlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır və inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, səmimi peşmançılığını, ilk dəfə inzibati xəta törətməsini və himayəsində bir azyaşlı uşağının olmasını xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə, məsuliyyəti ağırlaşdıran halların olmamasını, ona izibati həbs növündə tənbeh tətbiq edilərsə işlədiyi işdən azad olunması və ailəsinin normal yaşayış vəziyyətinin pisləşməsi ehtimalının olmasını nəzərə alıb İXMnin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:05 radələrində tutulmuşdur. Məhkəmə hesab edir ki, onun tutulduğu müddət nəzərə alınaraq ona tətbiq olunacaq inzibati tənbeh yüngülləşdirilməlidir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən, məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada cərimə olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə-narkoloji ekspertizasının 26 fevral 2025-ci il tarixli rəyinə əsasən narkotik vasitələrdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 37, 114.1.1, 115, 117, 206 və 510-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 206-cı maddəsi ilə 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq, ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilib 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə tənbehi tətbiq edilsin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar