Məhkəmə qərarları › İş №3(015)-424/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-424/2025

05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-424/2025 05.05.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Şikayət vermiş şəxs X3, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2 nümayəndəsi X7 iştirakları ilə, X3 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati məsuliyyətdən azad edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2 rəisi X5 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla "xxxx" MMC-nin rəhbəri X8 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. X8 həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, X2 rəhbərliyi tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarda onun işçilərlə icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimə yazılmışdır. Ona işçilərlə icbari sığorta müqaviləsi bağlanılması barədə cavabdeh təşkilat tərəfindən heç bir rəsmi bildiriş olmadan və məlumat verilmədən cərimə yazılmışdır. O, xx.xx.2025-ci il tarixdə işçilərlə icbari sığorta müqaviləsi bağlamışdır. Qərar qəbul olunan gün müqavilə bağlamasına baxmayaraq, yəni nöqsanları aradan qaldırmasına baxmayaraq, barəsində qərar qəbul olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayət ərizəsini müdafiə edib təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2 nümayəndəsi X12 şikayəti qəbul etməyib göstərmişdir ki, "xxxx" MMC tərəfindən Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbi pozularaq 13 nəfər işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməməsi halı baş vermişdir. Buna görə də "xxxx" MMC-nin rəhbəri X8 vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC-nin rəhbəri X8 isə xx.xx.2025-ci il tarixdə işçilərlə icbari sığorta müqaviləsi bağlamışdır. Ona görə də, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, qanunvercilikdə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə məsuliyyət tədbirləri, yəni İnzibati Xətalar Məcəlləsində də müvafiq cərimə tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. X1 barəsində vəzifəli şəxs kimi inzibati tənbeh vermə haqqında qərar çıxarılacağı ilə bağlı bildiriş məktubu ünvanlanmasına baxmayaraq, idarəyə gəlmədiyi qeyd olunsa da, həmin bildirişin rəsmi qayda verilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmiş və bununla da, barəsində araşdırma aparılan şəxsin iştirakı təmin edilməmiş, izahatı alınmamış və qeyd edilən sübutları təqdim etməsi üçün şərait yaradılmamışdır. Bununla da, X3 şikayətində qeyd olunan halların araşdırılaraq qiymət verilməli olmasına baxmayaraq, onun iştirakı təmin edilmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə təsbit edilmiş konstitusion hüquqları pozulmaqla birtərəfli icraat aparılaraq işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının pozulmasına səbəb olmuşdur. Göründüyü kimi, "xxxx" MMC-nin rəhbəri X8 tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli, AH********** saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” müqavilənin surətindən görünür ki, X8 "xxxx" MMC-də çalışan işçiləri xx.xx.2025-ci il tarixdə “Atəşgah həyat” sığorta şirkəti ilə müqavilə bağlayaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirmişdir. Başqa sözlə, inzibati xəta haqqında işə baxılana qədər icbari sığorta müqaviləsi bağlanılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X6 isə bu halı araşdırmamış, X3 şikayətində qeyd olunduğu halların araşdırılaraq qiymət verilməli olmasına baxmayaraq onun və qarşı tərəfin iştirakı təmin edilmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə təsbit edilmiş konstitutsion hüquqların pozulmaqla birtərəfli icraat aparılaraq işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasının pozulmasına səbəb olduğu qənaətinə gəlmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X6 tərəfindən qərar qəbul olunarkən X3 şikayətində qeyd olunduğu halların araşdırılaraq qiymət verilməli olmasına baxmayaraq, onun iştirakı təmin edilmədən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə təsbit edilmiş konstitutsion hüquqları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinin tələbləri pozulmuş, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında haqqında qərar qəbul edir. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2 rəisi X5 tərəfindən X3 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işin bütün hallarının araşdırılması üçün inzibati xəta haqqında qərar səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X2 rəisi X5 tərəfindən X3 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işin bütün hallarının araşdırılması üçün inzibati xəta haqqında qərar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X4 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar