Məhkəmə qərarları › İş №3(015)-425/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-425/2025

28.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-425/2025 28.02.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Ağstafa rayonu Göycəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Ağstafa şəhəri, Göycəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(015)-1096/2019 saylı icra sənədinə əsasən borcludan 3036,30 manat məbləğində borc "xxxx" X2 ASC-nin xeyrinə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(015)-391/2020 saylı icra sənədinə əsasən borcludan 1320 manat məbləğində borc "xxxx" MMC-nin, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(015)-467/2020 saylı icra sənədinə əsasən borcludan 1176 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə, Ağstafa rayon Notariat Kontorunun 8İ-4811 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borcludan 384,50 manat məbləğində borc "xxxx" ASC-nin xeyrinə, Ağstafa rayon Notariat Kontorunun 8İ-8157 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu 130 manat borc BOKT "xxxx" MMC-nin xeyrinə, Abşeron Rayon Məhkəməsinin 2(012)-508/2024-010 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tələbkar X3 ödənilməsi barədə icra sənədləri üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmiş, buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, daimi iş yeri olmadığı həmin borcları tam şəkildə ödəyə bilmədiyini qeyd etmişdir. Borcu ödəməkdən boyun qaçırmır, lakin birdəfəyə ödəməyə imkanı yoxdur. Banka olan borclarından ödənişlər etmiş, 475 manat borcu qalmış, alimenti isə ödəməkdən yayınmır və aliment borcundan hazırda 600 manat ödəniş etmişdir. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxslər məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edib göstərdi ki, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli 2(015)-1096/2019 saylı icra sənədinə əsasən borcludan 3036,30 manat məbləğində borc "xxxx" X2 ASC-nin xeyrinə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(015)-391/2020 saylı icra sənədinə əsasən borcludan 1320 manat məbləğində borc "xxxx" MMC-nin, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(015)-467/2020 saylı icra sənədinə əsasən borcludan 1176 manat məbləğində borc "xxxx" MMC-nin xeyrinə, Ağstafa rayon Notariat Kontorunun 8İ-4811 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borcludan 384,50 manat məbləğində borc Bank of Baku ASC-nin xeyrinə, Ağstafa rayon Notariat Kontorunun 8İ-8157 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu 130 manat borc BOKT AZPUL MMC-nin xeyrinə, Abşeron Rayon Məhkəməsinin 2(012)-508/2024- 010 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən uşağın saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tələbkar X5 xeyrinə tutulmuşdur. Borclu banka olan borclarından ödənişlər etmiş, 475 manat borcu qalmış, aliment borcundan hazırda 600 manat ödəniş etmişdir. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Lakin proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, Şəxs tutulan alimentin miqdarı hər ay 220 manat təşkil edir. Məhkəməyə təqdim olunmuş elektron məlumatlarda isə onun bənna kimi daimi iş yerinin olması və aylıq əmək haqqının 345 manat təşkil etməsi qeyd olunmuşdur. İcra haqqında qanunvericiliyə əsasən vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Aliment isə vaxtaşırı ödəmə olduğundan alimentlərin tutulması zamanı borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizədək tutula bilər. Lakin icra məmuru tərəfindən qanunverciliyin qeyd edilən hallarına riayət edilmədən, borclunun barəsində icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin, Şəxs banka olan borclarından ödənişlər etmiş, 475 manat borcu qalmış, aliment borcundan hazırda 600 manat ödəniş etmişdir. Hazırki vəziyyətdə Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməməsi, tələbkara heç bir əmlak verməməsi və ya hər hansı miqdarda pul ödəməməsi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Ağstafa rayon İcra və probasiya şöbəsinin icra şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib olunmuş 28 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ağstafa rayon İcra və probasiya şöbəsinin icra şöbəsinin böyük icra məmuru X4 tərəfindən tərtib olunmuş 28 fevral 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar