Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-428/2025 06.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyikatibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Qazax rayonunun H.Aslanov qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Ağstafa rayonunun Həzi Aslanov qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157 və 232-1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Ağstafa rayonu Həzi Aslanov qəsəbəsində aralarında yaranmış torpaq mübahisəsinə görə həmkəndlisi Zərərçəkmiş şəxs təpiklə vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, həmçinin sonuncunun yaşadığı evin həyət qapısına vuraraq ona maddi ziyan vurmuşdur. Buna görə də, Şəxs barəsində Ağstafa rayon polis şöbəsi tərəfindən İXM-nin 157 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış torpaq mübahisəsinə görə dalamışlar. Zərərçəkmiş şəxsdən üzr istəyir və bir daha onunla mübahisə etməyəcəyinə söz verir. Ona görə də, zərərçəkmiş şəxslə barışdığından barəsində olan inzibati xətai üzrə işə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirdi ki, həmkəndlisi Şəxs ilə aralarında yaranmış torpaq mübahisəsinə görə dalamışlar. Şəxs ondan şəxsdən üzr istəyir və bir daha onunla mübahisə etməyəcəyinə söz verir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də, Şəxs barəsində olan inzibati xətai üzrə işə xitam verilməsini xahiş etdi. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim olunmuş materiallardan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12:30 radələrində Ağstafa rayonunun Həzi Aslanov qəsəbəsində aralarında yaranmış torpaq mübahisəsinə görə həmkəndlisi Zərərçəkmiş şəxs təpiklə vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, həmçinin sonuncunun yaşadığı evin həyət qapısına vuraraq ona maddi ziyan vurmuşdur. Buna görə də, Şəxs barəsində Ağstafa rayon polis şöbəsi tərəfindən İXM-nin 157 və 232-1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin, hadisə baş verən zaman Şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, həmkəndlisi Zərərçəkmiş şəxs və onun anası Rəfiqə Mustafayeva onun ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. Polis şöbəsində aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs ekspertizadan keçirilmiş, iş üzrə alınmış ekpsert rəyində isə onun xəsarətləri yüngül olduğundan dərəcəsi təyin edilməyən xəsarətlər olduğundan toplanmış material üzrə əməldə cinayət hadisəsi olmadığından 21 fevral 2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağstafa RPŞ-nin İTB-nə göndərilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs yaşadığı evin həyət qapısına 25-30 manat dəyərində maddi ziyan dəyməsi barədə akt tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 157 və 232-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur. Lakin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9 və 53.1.10-cu maddələrinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, həmçinin bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödənilməsi və iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə başlanmış icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 39, 53, 105, 114.1.1, 115, 117, 118 ,157 və 232-1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-428/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-428/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver