Məhkəmə qərarları › İş №3(015)-429/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-429/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-429/2023 10.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X3 və X1 iştirakı ilə, xx.xx.2005-ci ildə Ağstafa rayonu Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağstafa rayonu Saloğlu qəsəbəsində qeydiyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157 və 232-1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157 və 232-1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon polis şöbəsindən material daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə Ağstafa rayonunun Saloğlu qəsəbəsində X2 və onun oğlu Şamxal Gürzalıyevi döymüş və Şamxalın telefonunu qırmışdır. Buna görə də Şəxs barəsində Ağstafa rayon Polis şöbəsi tərəfindən İXM-nin 157-ci və 232-1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi müəyyən edilmişdir. Həmçinin azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələmə inzibati xəta kimi müəyyən edilmişdir. İnzibati xəta haqqında işə baxılması üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Ağstafa rayonunun Saloğlu qəsəbəsində X4 və oğlu Şamxal Gürzalıyev ilə aralarında mübahisə olmuşdur və onlarla dalaşmışdır. Həmin vaxt əsəbindən Şamxala məxsus telefonu qırmışdır. Hazırda zərər çəkmiş şəxslə barışmış, aralarında heç bir narazılığın qalmamışdır. Ona görə də məhkəmədən əməlindən səmimi peşman omasının və zərər çəkmiş şəxlə barışmasının nəzərə alınıb barəsində olan inzibati işə xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işə baxılması üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona görə də məhkəmədən R.A.Qiyasovla barışmasını və aralarında narazılıq olmamasını nəzərə alınıb inzibati işə xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında işə baxılması üzrə keçirilən məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona görə də məhkəmədən R.A.Qiyasovun vurulmuş ziyanı tamamilə ödədiyini və zərər çəkmiş şəxslə barışdığını nəzərə alınıb inzibati işə xitam verilməsini xahiş etdi. Prokuror məhkəmə iclasında iştirak etməmiş və ya ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə İXM-nin 54.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. İnzibati xəta haqqında işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin Ağstafa rayon MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 52 nömrəli canlı şəxsin ekspertizası ekspertizası rəyinə əsasən X3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər şəxsin göstərdiyi şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin Ağstafa rayon MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 53 nömrəli canlı şəxsin ekspertizası ekspertizası rəyinə əsasən X1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər şəxsin göstərdiyi şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Şəxs əməlində cinayət tərkibi olmadığından Ağstafa rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, bundan sonra onun barəsində Ağstafa rayon Polis şöbəsinin Köçvəlli Polis bölməsinin sahə rəisi tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Şəxs tərəfindən yuxarıda təsvir olunun inzibati xətanın törədilməsi onun özünün izahatı, zərər çəkmiş şəxslərin izahatları, inzibati xəta haqqında protokol və ekspertiza rəyi ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157 və 232-1-ci maddələrinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Lakin, Şəxs inzibati xəta haqqında işə baxılması zamanı zərər çəkmiş şəxslərlə barışması inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal olduğuna görə ona inzibati tənbeh tətbiq edilə bilməz. Belə ki, İXM-nin 39-cu maddəsinə görə həmin Məcəllənin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlər üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə R.A.Qiyasovun səmimi peşmançılığını İXM-nin 33.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 36.1-ci maddəsinə görə hakim inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Hazırkı işdə vurulmuş əmlak zərərinin məbləğini təsdiq edən sübutlar yoxdur. Odur ki, İXM-nin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxs X5 izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 39, 105, 114.1.4, 115, 117, 157 və 232-1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 232-1ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Zərər çəkmiş şəxs X5 izah olunsun ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar