Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-433/2025 18.03.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri X2 iştirakı ilə, X7 Kompleksinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X7 Kompleksi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında İXP seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-yə məxsus MAN 33-360 YÜK markalı 90JF957 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 02:05-də Bakı-Qazax Yolu 384-cü km Bakı istiqamətində müəyyən edilmiş hərəkət sürətini 27 km/saat həddində aşmışdır. xx.xx.2024-cü il tarixdə elektron xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün Şəxs MMC-yə sorğu göndərilmişdir. Lakin nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqana (vəzifəli şəxsə) sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə elektron xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün X7 Kompleksinə sorğu göndərilmiş, həmin sorğu məktubunu xəbərnaməyə imza edib qəbul etmələrinə baxmayaraq nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat səlahiyyətli orqana (vəzifəli şəxsə) sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. Bu səbəbdən hazırki inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun cərimə üzrə çəkilmiş şəkildə 90JF057 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi olmasına baxmayaraq, tərtib edilmiş protokol üzrə 90JF957 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yazılmasından məlumatı olmamış və həmin halı hazırda bilmişdir. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 göstərdi ki, Ağstafa Rayon Polis Şöbəsi Şəxs MMCyə məxsus olmayan nəqliyyat vasitəsi üzrə İXM-nın 347-ci maddəsi üzrə inzibati protokol tərtib edərək Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Yazılmış cərimə üzrə çəkilmiş şəkildə 90JF057 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi olmasına baxmayaraq tərtib edilmiş protokol üzrə 90JF957 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qeyd olunaraq texniki yalnışlığa yol verilmişdir. Onlara məxsus nəqliyyat vasitəsi MAN özüboşaldan, cərimə yazılmalı nəqliyyat vasitəsi isə Sprinterdir. Ona görə də texniki səhv nəticəsində tərtib edilmiş İXP ******* saylı protokolun ləğv edilməsini xahiş etdi. Məhkəmə materialı araşdırıb hesab edir ki, Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hazırki vəziyyətdə isə Şəxs MMC-nin hər hansı hərəkət və ya hərəkətsizliyində inzibati xəta tərkibinin olması və onun inzibati məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar yoxdur. X7 Kompleksinə məxsus MAN 33-360 YÜK markalı 90JF957 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə saat 02:05-də Bakı-Qazax Yolu 384-cü km Bakı istiqamətində müəyyən edilmiş hərəkət sürətini 27 km/saat həddində aşmışdır. xx.xx.2024-cü il tarixdə elektron xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün Şəxs MMC-yə sorğu göndərilmişdir. Lakin nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqana (vəzifəli şəxsə) sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilmədiyinə görə hüquqi şəxsin barəsində hazırki inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbuki, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, inzibati xətanın törədilməsi zamanı idarə olunan nəqliyyat vasitəsi Şəxs MMC-yə məxsus MAN 33-360 “MAN özüboşaldan YÜK” markalı 90JF957 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi deyil, “Sprinter” markalı 90JF057 dövlət qeydiyyatlı nəqliyyat vasitəsidir. “Sprinter” markalı 90JF057 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi isə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsi deyil və həmin nəqliyyat vasitəsinin qeyd edilən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, “Sprinter” markalı 90JF057 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi Şəxs MMC-nin mülkiyyətində və ya istifadəsində olmadığından və bu barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmadığından həmin nəqliyyat vasitəsinə dair barəsində inzibati icraat aparılan hüquqi şəxsin hər hansı bir hərəkət və ya hərəkətsizliyi inzibati məsuliyyət yarada bilməz. Belə olan halda hazırki iş üzrə icraata xitam verilməli və Şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hər hansı bir hərəkət və ya hərəkətsizliyində hazırki fakt üzrə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud olmadığından Ağstafa RPŞ-nin DYP tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* №-li inzibati protokola əsasən Şəxs MMC-nin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Cəmiyyət inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 347, 106, 110, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Ağstafa RPŞ-nin DYP tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* №li inzibati protokola əsasən Şəxs MMC-nin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs MMC inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-433/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-433/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver