Məhkəmə qərarları › İş №3(015)-435/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-435/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-435/2023 26.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin təsisçisi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə Regional X5 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə Regional X5 İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə Regional X5 İdarəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən «Ailə Klinikası” MMC-də xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 İdarəsi tərəfindən keçirilmiş planlı yanğın texniki müayinə zamanı obyektin yanğından icbari qaydada sığorta edilməməsi, yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkil edilməməsi, elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılmaması bir sıra yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 İdarəsinin nümayəndəsi X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə onun, Kamran Ayralovun və Ceyhun Çəlləbiyevin tərəfindən Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən «Ailə Klinikası” MMC-də keçirilmiş planlı yanğın texniki müayinə zamanı obyektin yanğından icbari qaydada sığorta edilməməsi, yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkil edilməməsi, elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılmaması bir sıra yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilərək bu barədə müvafiq akt tərtib edilmişdir. İş üzrə «Ailə Klinikası” MMC-nin nümayəndəsi X2 aşkar edilmiş nöqsanlarla razılaşmayaraq yanğın texniki müayinə aktına və tərtib olunmuş inzibati xəta haqqında protokola imza etməmişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMCnin təsisçisi X2 izahatında göstərdi ki, sahibi olduğu Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən «Ailə Klinikası” MMC-də xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 İdarəsi tərəfindən keçirilmiş planlı yanğın texniki müayinə zamanı obyektin yanğından icbari qaydada sığorta edilməməsi, yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkil edilməməsi, elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılmaması bir sıra yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. Həmin pozuntulaın olması barədə məlumatı olmamışdır. Belə ki, həmin obyekti təmir etdirmək üçün kredit götürmək üçün müraciət etmiş və məqsədi obyekti əsaslı təmir etdirdikdən sonra hal-hazırda aşkar olunan pozuntuları aradan qaldırmaq olmuşdur. Hal-hazırda müəssisədə təmir işləri başlamışdır. Ona görə də qeyd etdiklərini nəzərə alınmasını xahiş etdi. Məhkəmə qeyd edir ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq cərimə tədbirləri müəyyən edilib. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağstafa şəhəri H.Əliyev prospektində yerləşən «Ailə Klinikası” MMC-də xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Gəncə regional X5 İdarəsi tərəfindən keçirilmiş planlı yanğın texniki müayinə zamanı obyektin yanğından icbari qaydada sığorta edilməməsi, yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkil edilməməsi, elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılmaması bir sıra yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli əməlin baş verməsini və ya aradan qaldırılmasını müəyyən etməlidir. İnzibati xəta icraatının məqsədləri, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-nin Madddə 8). Göründüyü kimi, X1 inzibati xətanı törətməsində subyektiv hüququnun yaranması üçün onun vəzifəli şəxs kimi inzibati xətanın törədilməsində iştirakı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat apırılan X2 isə cəmiyyətin təsisçisi protokol tərtib edilərkən başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri icra etmək səlahiyyətində olmuş, onun tərəfindən öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində hazırki inzibati xəta törədilmişdir. Ona görə də hazırki inzibati xəta haqqında material üzrə «Ailə Klinikası” MMC-nin təsisçisi Əfsanə Məmmədova vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. X2 tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi xx.xx.2023-cü il tarixli, 1285 nömrəli yanğın-texniki müayinə aktı, həmin akt əsasında tərtib edilmiş inzibati xəta haqqında protokol, məhkəmə iclasında tərəflərin verdikləri izahatları və inzibati işin digər materialları ilə tam sübut olunur. Ona görə də Məhkəmə hesab edir ki, X2 vzəfilə şəxs kimi İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə X2 inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə inzibati qaydad cərimə edilməsi nəzərdə tutulmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, X1 törətdiyi inzibati xətanın xarakterini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, X2 inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 17, 114.1.1, 115, 117, 118 və 518.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə görə 120 (yüz iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar