Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-477/2025 15.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ağstafa Rayon Mərkəzi X5 Şəxsinin nümayəndəsi X* iştirakı ilə, Ağstafa Rayon Mərkəzi X5 Şəxsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Ağstafa Rayon Mərkəzi X5 Şəxsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında *5.**.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, “UAZ 396202 0*6 XÜSUSİ SANİTAR” markalı 05AC206 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən 24.*0.2024-cü il tarixdə saat 09:09-da M 2, E 60, AH 5 Bakı-Ələt-Qazax- Gürcüstan yolu, 465 km-də nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsi elektron xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün «X2» X7 sorğu göndərilmişdir. Lakin nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqana (vəzifəli şəxsə) sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ağstafa Rayon Mərkəzi X5 Şəxsinin nümayəndəsi X3 göstərdi ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, “UAZ 396202 0*6 XÜSUSİ SANİTAR” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi nümayəndəsi olduğu «X2» X9 aid deyil, həmin avtomobil xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən “Respublika Təcili və X4 Mərkəzi” X9 təhvil verilmişdir. Ona görə də, qeyd etdiklərini nəzərə alıb iş üzrə icraata xitam verilməli və hüquqi şəxsin inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati icraat aparılan protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə materialı araşdırıb hesab edir ki, Ağstafa Rayon Mərkəzi X5 Şəxsi barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Ağstafa Rayon Mərkəzi X5 Şəxsi inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Hazırki vəziyyətdə isə, Ağstafa Rayon Mərkəzi X5 Şəxsinin hər hansı hərəkət və ya hərəkətsizliyində inzibati xəta tərkibinin olması və onun inzibati məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar yoxdur. “UAZ 396202 0*6 XÜSUSİ SANİTAR” markalı 05AC206 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən “Respublika Təcili və X4 Mərkəzi” X9 təhvil verilmişdir. Həmin nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün həmin hüquqi şəxsə müraciət edilməmiş, müraciət «X2» X7 göndərilmiş, inzibati xəta haqqında protokol isə həmin hüquqi şəxsin barəsində tərtib edilmişdir. Halbuki, məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, “UAZ 396202 0*6 XÜSUSİ SANİTAR” markalı 05AC206 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən “Respublika Təcili və X4 Mərkəzi” X9 təhvil verilmişdir. “UAZ 396202 0*6 XÜSUSİ SANİTAR” markalı 05AC206 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən 24.*0.2024-cü il tarixdə saat 09:09-da M 2, E 60, AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan yolu, 465 km-də nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməsi elektron xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat alınması üçün “Respublika Təcili və X4 Mərkəzi” X9 müraciət edilməmiş, müraciət isə *8.**.2024-cü il tarixdə «X2» X7 göndərilmişdir. Bundan sonra inzibati xəta haqqında protokol da həmin hüquqi şəxsin barəsində tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, “QAZ 322*4 32 Sanitar” markalı 05AC*60 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi Ağstafa Rayon Mərkəzi X5 Şəxsinin mülkiyyətində və ya istifadəsində olmadığından və bu barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmadığından həmin nəqliyyat vasitəsinə dair barəsində inzibati icraat aparılan hüquqi şəxsin hər hansı bir hərəkət və ya hərəkətsizliyi inzibati məsuliyyət yarada bilməz. Belə olan halda hazırki iş üzrə icraata xitam verilməli və “X8 Kompleksi” MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.*.*-ci və 53.*.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin *05.*-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Ağstafa Rayon Mərkəzi X5 Şəxsinin hər hansı bir hərəkət və ya hərəkətsizliyində hazırki fakt üzrə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud olmadığından Ağstafa RPŞ-nin DYP tərəfindən tərtib olunmuş *5.**.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati protokola əsasən Ağstafa Rayon Mərkəzi X5 Şəxsinin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Cəmiyyət inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, *05, 347, *06, **0, **5, **7, *29-*30-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ağstafa RPŞ-nin DYP tərəfindən tərtib olunmuş *5.**.2024-cü il tarixli İXP ******* №li inzibati protokola əsasən Ağstafa Rayon Mərkəzi X5 Şəxsinin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Ağstafa Rayon Mərkəzi X5 Şəxsi inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən *0 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-477/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-477/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver