Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-478/2025 15.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X11 İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, xx.xx.1993-cü ildə Ağstafa rayonunda doğulmuş, subay, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs (VÖEN: **********), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa şəhəri Heydər Əliyev prospektində yerləşən X3 fəalliyyət göstərdiyi “Seva xına təşkili” adlı obyektin fasadında müvafiq icazə olmadan 3,2 kvadrat metr 2 ədəd daşıyıcı fasad reklamı yerləşdirilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar, X11 İdarəsi tərəfindən X5 barəsində İXM-nin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi X11 İdarəsinin nümayəndəsi X8 izahatında göstərdi ki, onun X11 İdarəsinin digər əməkdaşı Həbib Yusobov və Anar Seyidov tərəfindən Ağstafa şəhəri Heydər Əliyev prospektində yerləşən X3 fəalliyyət göstərdiyi “Seva xına təşkili” adlı obyektin fasadında müvafiq icazə olmadan 3,2 kvadrat metr 2 ədəd daşıyıcı fasad reklamı yerləşdirilməsi müəyyən olunmuşdur. Ona görə də şəxsə rəsmi qaydada məktubla xəbərdarlıq edilərək müvafiq icazə almalı olduğu bildirilmişdir. Bu barədə “Seva xına təşkili” adlı sahibkarlıq obyektinin vergi ödəyicisi kimi uçotda olan X5 barəsində xx.xx.2025-ci il tarixdə akt tərtib olunmuş və ona açıq məkanda reklam yerləşdirilməsi və yayımına icazə alınması üçün X11 İdarəsinə müraciət etməyi və ya icazəsiz reklam yayımını dayandırmağı tələb olunmuşur. Lakin o, buna heç bir əhəmiyyət verməmişdir. Daha sonra, 17 fevral 2025-ci il tarixli bildirişlə S.Yaqubova barəsində İXM-nin 428.7-ci maddəsinin uyğun bəndi ilə protokol tərtib olunması barədə rəsmi xəbərdarlıq edilmişdir. 11 mart 2025-ci il tarixdə isə X5 (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsi ilə protokol tərtib olunmuşdur. Protokol tərtib olunarkən X5 iştirak etsə də, protokolu imzalamaqdan imtina etmişdir. Göstərilənlərə əsasən, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsini rəhbər tutaraq (İnzibati xətalar haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun) barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli 199 saylı aktdan görünür ki, X3 (VÖEN: **********) Ağstafa şəhəri Heydər Əliyev prospektində yerləşən fəaliyyət göstərdiyi “Seva xına təşkili” adlı obyektin fasadında müvafiq icazə olmadan 3,2 kvadrat metr 2 ədəd daşıyıcı fasad reklamı yerləşdirilməsi müəyyən olunmuşdur. İş materiallarında olan poçt xidmətinə məxsus xəbərnamədən görünür ki, X11 İdarəsinin göndərdiyi sənəd xx.xx.2025-ci il tarixdə X4 təqdim olunması Ziyafət Vəliyeva tərəfindən imzalanmaqla qəbul edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, həmin fotoşəkillərdə “Seva xına təşkili” adlı sahibkarlıq obyektinin üzərində böyük ölçülü reklam daşıyıcılarının olması müşahidə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X1 şəhəri Heydər Əliyev prospektində yerləşən “Seva xına təşkili” adlı obyektdə fəaliyyət göstərmişdir (VÖEN: **********). İş materiallarında olan X11 İdarəsinin X4 ünvanladığı xx.xx.2025-ci il tarixli yazılı göstərişdən görünür ki, Ağstafa şəhəri Heydər Əliyev prospektində yerləşən “Seva xına təşkili” adlı obyektdə açıq məkanda yayımlanan reklamların yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün göstərişi aldığı vaxtdan 5 (beş) gün müddətində X11 İdarəsinə müraciət etməsi tələb edilmişdir. Əks halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinin müvafiq bəndi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndəriləcəyi nəzərinə çatdırılmışdır. X2 beş gün müddətində göstərişdə olan tələbləri yerinə yetirməyərək reklamların yayımının dayandırmamış və müvafiq icazənin alınması üçün X11 İdarəsinə müraciət etməmişdir. Bu səbəbdən də əvvəlcədən rəsmi qaydada məlumatlandırılmaqla X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İş materiallarından görünür ki, X3 adına ********** nömrəli VÖEN olmaqla, o, inzibati xətalar haqqında qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxsdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, X3 şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində vəzifəli şəxs kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-478/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-478/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver