Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-480/2025 03.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Ağstafa RPŞ-nın İTB-nin polis sahə rəisi X3 iştirakı ilə, xx.xx.1996-cı ildə Ağstafa rayonu Poylu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Ağstafa rayonu, Düzqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağstafa rayon Düzqışlaq kəndində xidmət göstərən Polis Şöbəsinin polis nəfərlərinin xidmət aparmasına maneçilik törətmiş, yəni ictimai qaydanı pozaraq xırda xuliqanlıq, bu zaman ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşları onu nizam-intizama dəvət etsə də onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, Düzqışlaq kənd sakinidir. Rəsmi olaraq heç bir yerdə işləmir, xx.xx.2025-ci il Ağstafa rayon Düzqışlaq kəndində xidmət göstərən Polis Şöbəsinin polis nəfərlərinə qarşı hörmətsizlik etmədiyini, sadəcə onlara həmin ərazidə xidmət göstərməməsini bildirmişdir. Polis əməkdaşları ilə aralarında olan mübahisə də bu səbəbdən yaranmışdır. Hazırda əməlindən peşmandır, səhv etdiyini başa düşür. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Ağstafa RPŞ-nın İTB-nin polis sahə rəisi X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında tərtib olunan protokolu müdafiə edərək, inzibati tənbeh verilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa rayon Polis Şöbəsinin DYPBnin YPX inspektoru vəzifəsində xidmət edən, polis baş serjantı X4 ifadəsində göstərdi ki, o, Ağstafa rayon Düzqışlaq kəndində yaşayan Şəxs əvvəllər tanımamış, onunla qohumluğu və düşmənçiliyi yoxdur. xx.xx.2025-ci il tarixdə saat 10:25 radələrində DYPBnin inspektorları polis baş serjantları Yoloğlu Gülməmmədovla və Anar Çəndirli ilə birlikdə patrul avtomobili ilə dislokasiya üzrə Ağstafa rayonu Düzqışlaq kəndində xidmətdə olduğu zaman bir nəfərin onlara yaxınlaşaraq uca səslə “siz kimsiniz bu kənddə xidmət aparırsınız sizə deyilməyib ki, bu kənddə gəlib xidmət aparmayın” məzmunlu söz deyərək xidmətlərinə maneçilik törətmişdir. Onu nizam-intizama dəvət etsələr də, polisin qanuni tələblərinə qəsdlə tabe olmamışdır. Ağstafa rayon Polis şöbəsinə dəvət edilən zaman o, yenidən səs-küy salaraq ictimai qaydanı pozub xırda xuliqanlıq edərək “siz bilmirsiz mən kiməm mən sizdən şikayət edib sizin başınıza oyun açaram” məzmunlu söz deyərək qaçmağa çalışmışdır. Lakin polis əməkdaşları onu saxlayaraq 10:50-də Ağstafa rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. X1 və X2 şahid X4 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:25 radələrində Ağstafa Rayon Düzqışlaq kəndində Ağstafa rayon Düzqışlaq kəndində xidmət göstərən Polis Şöbəsinin polis nəfərlərinin xidmət aparmasına maneçilik törətmiş, yəni ictimai qaydanı pozaraq xırda xuliqanlıq edərək, polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətini davam etdirdi. Lakin onu saxlayaraq Ağstafa RPŞ-ya təhvil vermişlər. yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verərək xırda xuliqanlıq, bu zaman ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşları onu nizam-intizama dəvət etsə də onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə, eyni zamanda polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, şahid ifadələri, məhkəməyə təqdim olunmuş CDdisk, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs iş materiallarında məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Ülvi Namazlıya qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs 03 aprel 2025-ci il tarixdən saat 10:55-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, onun həbsdə saxlanma müddəti həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada həbs tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.3, 114.1.1, 115, 117, 510 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 5 (beş) gün müddətə, İXMnin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs qəti olaraq 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 03 aprel 2025-ci il tarixdən saat 10:55-dən hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X5 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər nazirliyi Ağstafa rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-480/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-480/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver