Məhkəmə qərarları › İş №3(015)-481/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-481/2025

23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-481/2025 23.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsinin nümayəndəsinin X3 iştirakı ilə, Ağstafa Rayon X1 Hüquqi Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi: Ağstafa Rayon X1 Hüquqi Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa şəhəri H.Əliyev prospekti 52 ünvanında yerləşən Ağstafa Rayon X1 Hüquqi Şəxsinin uşaq xəstəlikləri şöbəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsi tərəfindən keçirilmiş planlı yanğın texniki müayinə zamanı obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkil edilməməsi, elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılmaması və bir sıra yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsinin nümayəndəsi X5 izahatında göstərdi ki, Ağstafa şəhəri H.Əliyev prospekti 52 ünvanında yerləşən Ağstafa Rayon X1 Hüquqi Şəxsinin uşaq xəstəlikləri şöbəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsi tərəfindən keçirilmiş planlı yanğın texniki müayinə zamanı obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkil edilməməsi, elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılmaması və bir sıra yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Ağstafa Rayon X1 Hüquqi Şəxsə rəsmi məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İXM-nin 64.3-cü maddəsini rəhbər tutaraq işə barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə qeyd edir ki, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq cərimə tədbirləri müəyyən edilib. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağstafa şəhəri H.Əliyev prospekti 52 ünvanında yerləşən Ağstafa Rayon X1 Hüquqi Şəxsinin uşaq xəstəlikləri şöbəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Gəncə regional X4 İdarəsi tərəfindən keçirilmiş planlı yanğın texniki müayinə zamanı obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkil edilməməsi, elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılmaması və bir sıra yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. Ağstafa Rayon X1 Hüquqi Şəxsi tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi xx.xx.2025-ci il tarixli, 1381 nömrəli yanğın-texniki müayinə aktı, həmin akt əsasında tərtib edilmiş inzibati xəta haqqında protokol, məhkəmə iclasında tərəflərin verdikləri izahatları və inzibati işin digər materialları ilə tam sübut olunur. Ona görə də Məhkəmə hesab edir ki, Ağstafa Rayon X1 Hüquqi Şəxsi İXMnin 518.1-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə Ağstafa Rayon X1 Hüquqi Şəxsinə inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə -fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə inzibati qaydad cərimə edilməsi nəzərdə tutulmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Ağstafa Rayon X1 Hüquqi Şəxsinin törətdiyi inzibati xətanın xarakterini, əmlak vəziyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Ağstafa Rayon X1 Hüquqi Şəxsi inzibati qaydada cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 118 və 518.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ağstafa Rayon X1 Hüquqi Şəxsi (Ünvan: Ağstafa şəhəri H.Əliyev prospekti 52 ünvanında yerləşən, VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə görə 350 (üç yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar