Məhkəmə qərarları › İş №3(015)-487/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-487/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-487/2024 06.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Şəxs (bundan sonra - MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 253.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağstafa rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar üzrə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC (VÖEN:**********, Hüquqi ünvan:AZ1060, ünvan 1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon prokurorluğundan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, Şəxs MMC-nin onun təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi – X2 (FİN:337WHGN) tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Ağstafa rayonu, Heydər Əliyev prospekti 19 ünvanında yerləşən həmin MMC-nin Ağstafa rayonu ərazisində qızıl alqı-satqısı ilə məşğul olan “Elite” adlı filialının binasının qarşısında olan 03 ədəd həmişəyaşıl şam cinsli ağacları tikilinin yoldan görünüşünə maneəçilik törətdiyindən lombardın yaxınlığında yerdəki artıq daşların götürülməsi ilə məşğul olan Ağstafa Mənzil Kommunal Təsərrüfat Birliyinin işçilərinə həmin ağacların budaqlarını kəsdirərək, ümumilikdə meşə fonduna daxil olmayan 03 ədəd şam cinsli ağacı zədələmiş, bununla da Azərbaycan Respublikasıl İnzibati Xətalar Məcəlləsinin 253.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 253.4-cü maddəsinə əsasən meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquq şəxsə və Ağstafa rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında onlardan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsini rəhbər tutaraq inzibati xətalar haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun). Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC tərəfindən İXM-nin 253.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarla və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2024-cü il tarixli, 84175 nömrəli aktından və Şəxs MMC-nin Ağstafa filalalında müdiri vəzifəsində işləyən X1 xx.xx.2024-cü il tarixli izahatından müəyyən olunur ki, xx.xx.2024cü il tarixdə saat 16 radələrində Ağstafa rayonu, Heydər Əliyev prospekti 19 ünvanında yerləşən həmin MMC-nin Ağstafa rayonu ərazisində qızıl alqı-satqısı ilə məşğul olan “Elite” adlı filialının binasının qarşısında olan ümumilikdə meşə fonduna daxil olmayan 03 ədəd şam cinsli ağacı zədələnmidir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsi sahəsində nəzarət təsərrüfat və başqa fəaliyyətlərin təsiri nəticəsində ətraf mühitin dəyişməsinin müşahidə edilməsi, onun sağlamlaşdırılması və mühafizəsi, təbii resursların bərpası və səmərəli istifadəsi, keyfiyyət normativlərinin və ekoloji tələblərin yerinə yetirilməsini nəzərdə tutur. Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində dövlət, müəssisə (istehsalat) və ictimai nəzarət həyata keçirilir. “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələrinin hüquqi mahiyyətindən irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində sadalanan inzibati xətalarla yanaşı, digər inzibati xətalar haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş prokuror həmin qərarı hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün bu Məcəllənin 18.5 və 103cü maddələrinə əsasən məhkəməyə göndərməkdə haqlıdır. İXM-nin 253.4-cü maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, Şəxs maliyyə və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona 1.000 (bir min) manat məbləğində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54, 114,115,117,129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hüquqi şəxsi (VÖEN:**********, Hüquqi ünvan:AZ1060, ünvan 4 Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.000 (bir min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Nizami rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar