Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-488/2024 19.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, xx.xx.1960-cı ildə Qazax rayonunun Kalininkənd qəsəbəsində anadan olmuş, evli, ali təhsilli, Ağstafa rayonu X2 sədri vəzifəsində işləyən, Ağstafa rayonu Dağ Kəsəmən kəndində yaşayan Şəxs Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 549.2-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə İdarəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa rayonu X2 sədri Şəxs bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan X2 bələdiyyənin xx.xx.2023-cü il tarixli 24 saylı iclasının protokolunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsinə vaxtında təqdim etməmişdir. X1 Nağıyeva tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixli 24 saylı iclasının protokolunu xx.xx.2024-cü il tarixdə bələdiyyənin elektron portala daxil etmişdir. O, bələdiyyənin bütün iclas protokollarını hər zaman vaxtında göndərmişdir. 2023-cü ilin dekabr ayının son protokolunu da poçta vaxtında qoymuş, ola bilsin ki poçtda gecikmə olmuşdur. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati icraat aparılan Şəxs və protokolu tərtib etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsinin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə materialı araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. “Bələdiyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs bələdiyyənin xx.xx.2023-cü il tarixli 24 saylı iclasının protokolunu xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş portalına daxil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 dekabr 2023-cü il tarixli 447 saylı qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin 5 iş günündən gec olmayaraq təqdim edilməməsinə görə yaranır. Şəxs isə bələdiyyənin xx.xx.2023-cü il tarixli 24 saylı iclasının protokolunu 3 iş günü ərzində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın elektron portalına daxil etmişdir. Belə olan halda isə Şəxs hər hansı hərəkət və ya hərəkətsizliyində inzibati xəta tərkibinin olması və onun inzibati məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxsnin hər hansı bir hərəkət və ya hərəkətsizliyində hazırki fakt üzrə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud olmadığından Şəmkir Regional Ədliyyə İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və İdarə inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118 və 549.2-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəmkir Regional Ədliyyə İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-488/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-488/2024
19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver