Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-523/2023 28.04.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, X2 və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 28 aprel 2023-cü il tarixində Ağstafa rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Xəzər Rayon Məhkəməsi tərəfindən 2(003)- 2321/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs İcra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs bildirdi ki, o üzün müddətdir ki cəza çəkmə müəssəsində olmuşdur.Onu imkanı olmayıb icra sənədi üzrə bircunu ödəməyə. Borcunun məsuliyyətini dərk edir və qalan borcunun hamısını da mütləq ödəyəcəkdir. Zərər çəkmiş şəxs X1 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-552/2022 saylı qərarından görünür ki, Şəxs Fəxrəfddin oğlunun barəsində xx.xx.2022-ci il tarixdən başlayaraq 2(iki) ay 21 gün məddətinə həbs qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-877/2022 saylı qərarından görünür ki, Şəxs Fəxrəfddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdən 02 (iki) ay müddətə üzadılmışdır. İşin materiallarında olan, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1149/2022 saylı qərarından görünür ki, Şəxs Fəxrəfddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixdən 02 (iki) ay müddətə üzadılmışdır. Beləliklə, Şəxs Fəxrəfddin oğlunun həbsdə oldüğü müddətləri nəzərə icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibini yaradır. Şəxs borcunu üzrlü səbəbdən ödəyə bilməmişdir. Beləliklə, İXM-nin 528.1-ci maddəsində qeyd olunan “üzürsüz səbəb” sübut olunmadığından Məhkəmə hesab edir ki, Şəxs borcuna münasibətdə icra sənədinin üzürsüz səbəbdən icra edilməməsində təqsirləndirilə bilməz. Ona görə də Məhkəmə İXMnin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Qeyd olunanlara əsasən və İXM-nin 53.0.2, 105, 114.2.1, 115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: imza/ Zamiq Rəsulovsli ilə düzdür. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-523/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-523/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver