Məhkəmə qərarları › İş №3(015)-525/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-525/2023

18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-525/2023 18.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X6 Kompleksi” MMC-nin nümayəndəsi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, «X6 Kompleksi” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: «X6 Kompleksi” MMC-nin (bundan sonra Cəmiyyət) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya İdarəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müəyyən edilmiş olduğu yer üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Gəncə regional miqrasiya idarəsinin Əməkdaşları tərəfindən Türkiyə Respublikasının vətəndaşı X9 qeydiyyata alındığı ünvan 1 Ünvanında yaşayıbyaşamaması araşdırılmışdır. Araşdırma nəticəsində adı çəkilən əcnəbinin faktiki olaraq qeydiyyata alındığı ünvanda yaşadığı lakin, Cəmiyyətdə iş icazəsi olmadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğu məlum olmuşdur. Bununla bağlı Cəmiyyətdə əcnəbinin izahatı alınan zaman əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar olunmuş və bu barədə haqqında protokol tərtib olunmuşdur. Həmin xx.xx.2023-cü il tarixli inzibati xəta protokola əsasən yuxarıda adı çəkilən əcnəbinin iş icazəsi alınmadan Cəmiyyətdə işlədiyi müəyyən edilmiş və Cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlinmişdir. xx.xx.2023-cu il tarixdə Cəmiyyət tərəfindən həmin əcnəbiyə haqqı ödənilən Əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almaqdan üçün Tovuz "ASAN xidmət" mərkəzinə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Cəmiyyətin nümayəndəsi X2 bildirdi ki, xx.xx.2023-cü il tarixli inzibati xəta protokola əsasən əcnəbinin iş icazəsi alınmadan Cəmiyyətdə işlədiyi müəyyən edilmiş və Cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlinmişdir. xx.xx.2023-cu il tarixdə Cəmiyyət tərəfindən həmin əcnəbiyə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almaqdan üçün Tovuz "ASAN xidmət" mərkəzinə müraciət edilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı ilə Türkiyə Respublikasının vətəndaşı X7 barəsində qəbul edilmiş Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarı ləğv edilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iş üzrə icraata xitam verilməli və Cəmiyyətin inzibati məsuliyyətdən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 göstərdi ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müəyyən edilmiş olduğu yer üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Gəncə regional miqrasiya idarəsinin Əməkdaşları tərəfindən Türkiyə Respublikasının vətəndaşı X9 qeydiyyata alındığı ünvan 1 ünvanında yaşayıb-yaşamaması araşdırılmışdır. Araşdırma nəticəsində adı çəkilən əcnəbinin faktiki olaraq qeydiyyata alındığı ünvanda yaşadığı lakin, Cəmiyyətdə iş icazəsi olmadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğu məlum olmuşdur. Bununla bağlı Cəmiyyətdə əcnəbinin izahatı alınan zaman əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar olunmuş və bu barədə haqqında protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli inzibati xəta protokola əsasən yuxarıda adı çəkilən əcnəbinin iş icazəsi alınmadan Cəmiyyətdə işlədiyi müəyyən edilmiş və Cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlinmişdir. xx.xx.2023-cu il tarixdə Cəmiyyət tərəfindən həmin əcnəbiyə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almaqdan üçün Tovuz "ASAN xidmət" mərkəzinə müraciət edilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı ilə Guner Nagehanın barəsində qəbul edilmiş Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023cü il tarixli ******* saylı qərarı ləğv edilərək Cəmiyyət inzibati məsuliyyətdən azad edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və materialı araşdırıb hesab edir ki, «X6 Kompleksi” MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Cəmiyyət inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 578.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə-vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Hazırki vəziyyətdə isə Şəxs MMC-nin hər hansı hərəkət və ya hərəkətsizliyində inzibati xəta tərkibinin olması və onun inzibati məsuliyyətə cəlb olunması üçün hüquqi əsaslar yoxdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müəyyən edilmiş olduğu yer üzrə qeydiyyat qaydalarına riayət etmələri üzərində nəzarətin həyata keçirilməsi məqsədilə xx.xx.2023cü il tarixdə Gəncə regional miqrasiya idarəsinin əməkdaşları tərəfindən Türkiyə Respublikasının vətəndaşı X9 qeydiyyata alındığı ünvan 1 ünvanında yaşayıbyaşamaması araşdırılmışdır. Araşdırma nəticəsində adı çəkilən əcnəbinin faktiki olaraq qeydiyyata alındığı ünvanda yaşadığı lakin, Ağstafa rayonu, Vurğun ŞTQ-da yerləşən Cəmiyyətdə iş icazəsi olmadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduğu məlum olmuşdur. Bununla bağlı Cəmiyyətdə əcnəbinin izahatı alınan zaman əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar olunmuş və bu barədə haqqında protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli inzibati xəta protokola əsasən yuxarıda adı çəkilən əcnəbinin iş icazəsi alınmadan Cəmiyyətdə işlədiyi müəyyən edilmiş və həmin Cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gəlinmişdir. xx.xx.2023-cu il tarixdə Cəmiyyət tərəfindən həmin əcnəbiyə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almaqdan üçün Tovuz "ASAN xidmət" mərkəzinə müraciət edilmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli qərarı ilə Türkiyə Respublikasının vətəndaşı X7 barəsində qəbul edilmiş Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli ******* saylı qərarı ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, adı çəkilən əcnəbinin faktiki olaraq qeydiyyata alındığı ünvanda yaşadığı lakin, Ağstafa rayonu, Vurğun ŞTQ-da yerləşən Cəmiyyətdə iş icazəsi olmadan fəaliyyət göstərməsi inzibati xəta kimi miqrasiya xidməti tərəfindən tanınmadığından, Cəmiyyətin hər hansı bir hərəkət və ya hərəkətsizliyi inzibati məsuliyyət yarada bilməz. Belə olan halda hazırki iş üzrə icraata xitam verilməli və Şəxs MMC inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Ağstafa rayonu, Vurğun ŞTQ-da yerləşən Şəxs hər hansı bir hərəkət və ya hərəkətsizliyində hazırki fakt üzrə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi mövcud olmasığından Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya İdarəsi tərəfindən tərtib olunmuş 20 aprel 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən «X6 Kompleksi” MMC-nin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Cəmiyyət inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 18, 53, 105, 114.1.1, 115, 117, 118 və 228-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya İdarəsi tərəfindən tərtib olunmuş 20 aprel 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən «X6 Kompleksi” MMC-nin barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və «X6 Kompleksi” MMC inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar