Məhkəmə qərarları › İş №3(015)-527/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-527/2023

04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-527/2023 04.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X10 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Həmzəlinin katibliyi, Protokolu tərtib etmiş Ağstafa RPŞ-nin DYPB-nin polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1995-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Masallı rayonu Əhmədli kəndində qeydiyyatda olan, Ağstafa rayonunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Hyundai Sonata” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Qarabağ küçəsində əks istiqamətə çıxaraq hərəkət edən zaman yolun sağ tərəf hissəsindən tuneldən düzünə X3 məxsus VAZ-2107 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibi yanında olmaqla idarə edən X9 idarə edərkən VAZ-2107 markalı **- GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf hissəsindən vurmuşdur. Hadisə nəticəsində xəsarət alanlar olmamış, avtomobillərə maddi ziyan dəymişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirili bilərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində özünə məxsus “Hyundai Sonata” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Qarabağ küçəsində əks istiqamətə çıxaraq hərəkət edən zaman yolun sağ tərəf hissəsindən tuneldən düzünə hərəkətdə olarkən VAZ-2107 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf hissəsindən vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəymişdir. Hadisə baş verən zaman sərxoş olmamışdır. Eyni zamanda avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb ona cərimə tənbehi verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağstafa RPŞ-nin DYPB-nin polis baş leytenantı X4 göstərdi ki, Hikmət Bahaddin oğlu Şəxs Quliyev xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Hyundai Sonata” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Qarabağ küçəsində əks istiqamətə çıxaraq hərəkət edən zaman yolun sağ tərəf hissəsindən tuneldən düzün X3 məxsus VAZ-2107 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibi yanında olmaqla idarə edən X9 idarə edərkən VAZ- 2107 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf hissəsindən vurmuşdur. Həmin fakt üzrə 03 may 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələri inzibati məsuliyyətə cəlb olunaraq inzibati tədbir görülməsi üçün material Ağstafa RPŞ-nin DYPB-nə göndərilmiş və Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs əvvəl də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 18:20 radələrində X7 ona məxsus VAZ-2107 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili onun yanında olmaqla idarə edən zaman Şəxs “Hyundai Sonata” markalı, ** MP *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Qarabağ küçəsində əks istiqamətə çıxaraq onların olduğu avtomobilin sol tərəf hissəsindən vurmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da ona məxsus avtomobilə maddi ziyan dəymiş, həmin ziyanlıq isə sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Ona görə də qeyd etdiklərini nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- yüz manat məbləğində cərimə edilir. Qeyd edilən Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 327.1 və 332.4-cü maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxsa qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs əvvəl də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, yenidən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək daha ağır inzibati xəta törətməsi ona dəlalət edir ki, cərimə tənbeh növündən adıçəkilən şəxs nəticə çıxarmamışdır. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada həbs tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.3, 114.1.1, 115, 117, 327.1 və 332.4-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə, İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 06 (altı) gün müddətə inzibati qaydada həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs qəti olaraq 06 (altı) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 04 may 2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X6 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar