Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-530/2024 18.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, X4 barəsində çıxarılmış Ağstafa Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 3(015)-530/2023 saylı qərarının icrasına xitam verilməsi barədə vəsatətinə baxaraq, məhkəmə Müəyyən etdi: X4 xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibatı xəta törətmişdir. X1 ona təyin olunmuş cəriməni ödəmədiyindən, həmin cərimənin üzərinə dəbbə pulu hesablanmışdır. X2 cərimə növündə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan cəriməni ödəməmişdir. Buna görə də onun barəsində İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 3(015)-530/2023 saylı saylı qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. X4 vəsatətlə məhkəməyə müraciət edərək cərimə və hesablanmış dəbbə pulunu ödədiyindən qərarın ləğv olunmasını xahiş etmişdir. Vəsatətə əlavə edilmiş Daxili İşlər Nazirliyinin X3 çıxarışından görünür ki, X4 xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta inzibatı xəta törətmişdir. haqqında qərarla Məhkəmə vəsatəti və iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, vəsatət təmin edilməklə barəsində qərar çıxarılmış X4 ona tərtib olunmuş protokol üzrə ödəməli olduğu cəriməni və dəbbə pulunu tam şəkildə ödədiyindən, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair Ağstafa Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 3(015)-530/2023 saylı qərarının icrasına xitam verilməli və o, inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, 01 mart 2016-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 152 və 529.3cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X4 barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmasına dair Ağstafa Rayon Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, 3(015)-530/2023 saylı qərarının icrasına xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-530/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-530/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver