Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-557/2023 10.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov X1 Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı müəyyən etdi: xx.xx.2023-cü il tarixində Ağstafa Rayon Məhkəməsinə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 535.1 və 510-cu maddələri ilə tərtib olunmuş protokol daxil olmuşdur. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib olunmamışdır, təqdim olunmuş materiallar isə işə baxılarkən tamamlanması mümkün olmayan dərəcədə natamamdır. Birincisi, İXM-nin 100.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Lakin hazırkı protokol Şəxs iştirakı olmadan tərtib olunmuş, ona hüquq və vəzifələri izah edilməmiş və protokolun surəti Şəxs verilməmişdir. İkincisi, İXM-nin 100.4-cü maddəsində qeyd olunmuşdur: “Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur”. Lakin hazırkı protokol Şəxs tərəfindən imzalanmamışdır, yaxud o, protokolu imzalamaqdan imtina etmişdirsə, bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Üçüncüsü, inzibati iş materaiallarında olan xx.xx.2023-cü il tarixli raportda Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi qeyd olunsa da lakin, inzibati iş materiallarına onun sərxoş olması ilə bağlı hər hansı bir sənəd əlavə edilməmişdir. İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılamağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Şəxs barəsində olan inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş digər sənədlər onu tərtib orqana – Azərbaycan Respublkası Daxili İşlər Nazirliyi Ağstafa Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ağstafa Rayon Polis Şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana – Ağstafa Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-557/2023
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-557/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver