Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-569/2023 01.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Qazax rayonu Zəlimxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağstafa rayonu Zəlimxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.5 və 346.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.1, 332.5 və 346.3-cü maddələri ilə inzibati xəta törətməsi haqqında Şəmkir Hərbi Prokurorluğundan material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs Şəmkir Hərbi X1 11 oktyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölməsi faktına görə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə olan cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Ağstafa rayonu Zəlimxan kəndində qeydiyyatda olan Şəxs 11 oktyabr 2022-ci il tarixdə, saat 17:30 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin "Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir" tələblərini pozub, "C" kateqoriyalı sürücülük vəsiqəsi əsasında hər hansı idarə etmək hüququ və etibarnamə olmadan idarə etdiyi Ağstafa- Saloğlu marşurutu üzrə sərnişin daşınması üçün nəzərdə tutulmuş ümumi istifadədə olan "PAZ 3122" markalı "**-HE-***" dövlət qeydiyyat nömrə nişanlı avtobusla Ağstafa- Sadıxlı yolunun Ağstafa rayonu Poylu kəndi ərazisindən keçən 8-ci kilometrliyində, Sadıxlı kəndi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında»> Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 4-cü hissəsinin 11-ci bəndinin "avtomagistrallarda və ya 5.3 nişanı ilə işarələnmiş yollarda 5.15 və ya 6.11 nişanları ilə işarələnmiş xüsusi dayanacaq meydançalarından kənarda dayanma qadağandır" tələblərini pozub ümumi istifadədə olan həmin avtobusu kənd ərazisində dayanacaqdan kənarda saxlayıb sərnişin düşürmüşdür. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirili bilərək izahatında bildirdi ki, "C" kateqoriyalı sürücülük vəsiqəsi əsasında "PAZ 3122" markalı "**-HE-***" dövlət qeydiyyat nömrə nişanlı mikroavtobusu idarə etmək səlahiyyətinin olmadığını bilmiş, sadəcə olaraq işləmək məcburiyyətində qaldığından həmin avtobusu idarə etmişdir. "PAZ 3122" markalı "**-HE-***" dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus onun mülkiyyətində deyildir və adına qeydiyyatdan keçməmişdir. Həmin avtobusu etibarnamə olmadan idarə etmişdir. Həmçinin hadisə baş verən yerdə avtobusu saxlamağa icazəsi olmamış, avtobusda sərnişin olan mərhum Nəsib Orucov ona avtobusu saxlamağı söylədiyindən həmin avtobusu orada saxlamışdır. İdarə etdiyi avtobusla marşurut üzrə hərəkətdə olarkən yalnız dayanacaq olan yerlərdə saxlamağa icazəsi vardır. Həmin yerdə dayanacaq olmadığından avtobusu orada qanunsuz olaraq saxlamışdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında inzibati xəta haqqında iş üzrə icraat başlanılması haqqında qərar qəbul etmiş Şəmkir Hərbi Prokurorluğunun nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən olunmuşdur görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.1, 332.5 və 346.3cü maddələrinin tərkib əlamətləri vardır. Belə ki, İXM-nin 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İXM-nin 332.5-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 346.3-cü maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 332.1, 332.5 və 346.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, barəsində tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 332.1, 332.5 və 346.3-cü maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə ona tətbiq olunacaq inzibati tənbeh tədbirinin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.3, 114.1.1, 115, 117, 332.1, 332.5 və 346.3-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 (qırx) manat, 346.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 məbləğində inzibati qaydada cərimə, İXM-nin 332.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs qəti olaraq 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 iyun 2023-cü il tarixdən saat 14:00-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X3 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-569/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-569/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver