Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-571/2023 30.05.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X5 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Protokolu tərtib etmiş Ağstafa RPŞ-nin DYPB-nin polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1992-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ağstafa rayonu Poylu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİNnin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Vaz- 21099” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Poylu kəndində düzünə hərəkətdə olarkən hərəkət istiqamətinin sağ tərəf hissəsindən qarşısına it çıxdığı üçün idarə etməni itirərək manevr qaydasını pozaraq qarşıdan gələn “Renault Megane” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə çıxaraq sol tərəf hissəsindən vurmuş, avtomobil idarə etmədən çıxaraq yolun kənarına düşmüş və nəticədə yol nəqliyyat hadisəsi olmuşdur. Hadisə nəticəsində xəsarət alanlar olmamış, avtomobillərə maddi ziyan dəymişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirili bilərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Vaz-21099” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Poylu kəndində düzünə hərəkətdə olarkən hərəkət istiqamətinin sağ tərəf hissəsinsən qarşısına it çıxdığı üçün idarə etməni itirərək manevr qaydasını pozaraq qarşıdan gələn “Renault Megane” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə çıxaraq sol tərəf hissəsindən vurmuş, avtomobil idarə etmədən çıxaraq yolun kənarına düşmüş və nəticədə yol nəqliyyat hadisəsi olmuşdur. Hadisə nəticəsində xəsarət alanlar olmamış, avtomobillərə maddi ziyan dəymişdir. Hadisə baş verən zaman sərxoş olmamışdır. Eyni zamanda avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb ona cərimə tənbehi verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağstafa RPŞ-nin DYPB-nin polis baş leytenantı X2 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Vaz-21099” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Poylu kəndində düzünə hərəkətdə olarkən hərəkət istiqamətinin sağ tərəf hissəsindən qarşısına it çıxdığı üçün idarə etməni itirərək manevr qaydasını pozaraq qarşıdan gələn “Renault Megane” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət istiqamətinə çıxaraq sol tərəf hissəsindən vurmuş, avtomobil idarə etmədən çıxaraq yolun kənarına düşmüş və nəticədə yol nəqliyyat hadisəsi olmuşdur. Həmin fakt üzrə 26 may 2023-cü il tarixdə Bakir Nadirovun Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq inzibati tədbir görülməsi üçün material Ağstafa RPŞ-nin DYPB-nə göndərilmiş və Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də qeyd etdiklərini nəzərə alıb Bakir Nadirovun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 14:35 radələrində özünə məxsus “Renault Megane” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa rayonu Poylu kəndində düzünə Sadıqlı kəndi istiqamətində hərəkətdə olarkən qarşısından gələn “Vaz-21099” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına it çıxdığı zaman idarə etməni itirərək onun avtomobilinin sol tərəf hissəsindən vurmuş, toqquşmadan avtomobilin idarəetməsini itirib yolun sağında olan boşluğa düşmüşdür.Hadisə zamanı sərxoş olmamışdır. Hadisə zamanı xəsarət alan olmasa da ona məxsus avtomobilə maddi ziyan dəymiş, həmin ziyanlıq isə sığorta şirkəti tərəfindən ödəniləcəkdir. Ona görə də qeyd etdiklərini nəzərə alınmasını xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- yüz manat məbləğində cərimə edilir. Qeyd edilən Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, zərərçəkmiş şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada cərimə tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, və 332.4-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-571/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-571/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver