Məhkəmə qərarları › İş №3(015)-580/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-580/2025

24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-580/2025 24.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1978-cı ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(015)-1544/2017 saylı icra sənədinə əsasən Şəxs 12 iyun 2017-ci il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X3 xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 136 manat olmaqla, cəmi 408 manat sabit pul məbləğində aliment X5 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs 4000 manat pulun alınaraq X7 verilməsi barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədi üzrə borcunu ödəməkdən yayınmır. Alimenti mütəmdadi olaraq ödəyir, ailə vəziyyətində və işində yaranmış problemlərlə əlaqədar son bir ildə cəmi 6- 7 ayın aliment borcunu tam ödəyə bilməmişdir. Hazırda aliment borcundan 300 manat yenə ödəniş etmişdir. Qısa müddətdə işlərini qaydaya salıb alimenti ödəməklə yanaşı, ödəyə bilmədiyi 6-7 ayın aliment borcunu da ödəyib aradan qaldıracaqdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edib göstərdi ki, tələbkar X5 ərizəsinə əsasən Şəxs 4000 manat borcunu tələbkara tam şəkildə ödəməmişdir. O, borcundan 300 manat ödəniş etmiş, qalan borcunu ödəməmişdir. Ona görə də şəxsin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Göründüyü kimi, Ağstafa Rayon Məhkəməsinin 18 iyul 2017-ci il tarixli 2(015)- 1544/2017 saylı icra sənədi üzrə MN seriyalı ******* nömrəli protokola əsasən Şəxs 4000 manat pul alınaraq X7 ödənilməlidir. İcra sənədi Ağstafa rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icra məmuru tərəfindən 25 iyul 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq, bu barədə borcluya bildiriş göndərilmişdir. Lakin icra işinə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, icra məmuru tərəfindən borclunun borcu düzgün hesablanmamışdır. Materiallar tam tərtib və təqdim olunmadığından inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xətalar haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdr. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan baxılmadan onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar