Məhkəmə qərarları › İş №3(015)-602/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-602/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-602/2023 13.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, xx.xx.1992-cı ildə Ağstafa rayonunun Kirovkənd kəndində anadan olmuş, evli, ali təhsilli, Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin sədri vəzifəsində işləyən, Ağstafa rayonu Həsənsu kəndində yaşayan Nümayəndə Azərbaycan Respubulikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 549.2ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Nümayəndə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə İdarəsindən material daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin sədri Nümayəndə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan Həsənsu bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 10 saylı iclasının protokolunu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsinə təqdim etməmişdir. Nəticədə Nümayəndə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İXM-nin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir Regional Ədliyyə İdarəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, işə baxılmasının təxirə salınması haqqında onlardan vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 64.3-cü maddələrini rəhbər tutaraq inzibati xətalar haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın yaxud belə vəsatət rədd edilmiş olsun). Ona görə də məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Nümayəndə İXM-nin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixli, 10 saylı iclas protokolu Şəmkir Regional Ədliyyə İdarəsinə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 1-ci bəndinə və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinin tələblərinə əsasən bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. İXM-nin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 31.2-ci maddəsinə əsasən Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin sədri Nümayəndə barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xətanın xarakterini, Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin sədri Nümayəndə şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,117,129-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A RA ALDİ: Ağstafa rayonu Həsənsu Bələdiyyəsinin sədri Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın icrası Ağstafa rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar