Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-617/2024 15.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağstafa rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Ağstafa rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Ağstafa rayonu Dağ Kəsəmən kəndində ucadan nalayiq ifadələr işlədərək polisin qanuni əmrinə tabe olmamışdır. Buna görə də onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, onun zərərçəkmiş şəxs Muradov Ələsgər ilə bir müddət əvvəl problemləri olmuşdur, belə ki o, 2023-cü ildə sərxoş vəziyyətdə Ələsgərin kafesini yandırmış, lakin ona dəyən ziyanı hissə-hissə ödəmişdir. Buna baxmayaraq Ələsgər onun barəsində başqa insanların yanında onun haqqında söz söhbət etmiş, onun qulağını kəsəcəyini bildirmişdir. O, da xx.xx.2024-cü il tarixdə günorta saatlarında evdə spirtli içki qəbul edərək yatmış, biraz keçmiş Ələsgərin olduğu yerə gələrək cibindən çıxardığı bıçağı ona verərək qulağını kəsməsini bildirmişdir. Ələsgər bıçağı əli ilə tutmaq istəyəndə o bıçağı özünə tərəf kəsmiş, bu zaman Ələsgərin əli kəsilmişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2023-cü ilin yay aylarında heç bir səbəb olmadan onun kafesini və maşınını yandırmışdır. O, bununla bağlı ona dəymiş ziyana görə heç bir ödəniş etməmişdir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində yaşadığı kənddə çay evində çay içərkən Rövşənin bıçaqla onun arxasında dayandığını və onu vurmaq istədiyini görmüş, bıçaqdan tutub ona mane olmaq istədikdə bıçaq onun əlini kəsmişdir. Daha sonra DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə materialı nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən material geri qaytarılmalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs zərərçəkmiş şəxs X2 bıçaqla xəsarət yetirməsi faktı, yəni hazırki hadisə ilə bağlı hal-hazırda Ağstafa RPŞ-nin təhqiqat bölməsində iş açılmış və hal-hazırda faktla bağlı araşdırılma aparılır. Araşdırılmanın nəticəsinə uyğun olaraq şəxsin əməlində cinayət və ya inzibati xəta tərkibi olarsa ona hüquqi qiymət veriləcək. Həmin araşdırılmaya hüquqi qiymət verilmədən hazırki inzibati xəta haqqında protokolun tərtib olunması qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə olan halda məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmaqla işə baxılarkən onları tamamlamaq mümkün deyildir. Ona görə də inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xətalar haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana, Ağstafa Rayon Polis şöbəsinə qaytarılmalıdr. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan baxılmadan onu tərtib etmiş orqana, Ağstafa Rayon Polis şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-617/2024
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-617/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver