Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-619/2024 18.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X1 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olmuş və məhkumluğu ödənilmiş, Ağstafa rayonu, Xətai kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Ağstafa rayon Polis şöbəsindən (RPŞ-dən) inzibati material daxil olmuşdur. Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokola əsasən Ağstafa rayonu Qıraq Kəsəmən kənd sakini Şahid2 xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin “102” - zəng mərkəzi sisteminə müraciət edərək həyat yoldaşı Zərərçəkmiş şəxs həmin gün Ağstafa rayonu, Xətai kənd sakini Şəxs adlı şəxsin narahat etdiyi bildirmişdir. Polis əməkdaşları Şəxs Xətai kəndində yaşadığı evinin qarşısına çatdıqdan sonra, onu evin qarşısına çağırıb barəsində “102” - zəng mərkəzi sisteminə müraciət olunduğunu bildirib, müvafiq araşdırmanın aparılması üçün onu RPŞ-nə dəvət etmişlər. Lakin, bu zaman Şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozaraq küçədə uca səs ilə ünvansız nalayiq söyüşlər və ifadələr işlədib xırda xuliqanlıq hərəkətləri etmişdir. Polis əməkdaşları onu şöbəyə gətirmək üçün növbətçi hissənin xidməti avtomobilinə əyləşdirmək istəyərkən o, polislərin qanuni tələblərinə tabe olmamış və onlardan uzaqlaşıb getmək istəmiş, bununla da hadisə yerinə gəlmiş polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixində spirtli içki qəbul etmiş, sərxoş vəziyyətdə olduğundan hər-hansı qadına yaxınlaşmasını xatırlamır. Lakin, polis əməkdaşlarını onu aparamağını xatılasa da onların nalayiq ifadələr işlətməsini və polisin qanuni tələbinə tabe olmamasını xatırlamır. Əməlindən peşimandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, Ağstafa şəhərində 3 saylı orta məhktəbdə müəllim işləyir və Şəxs əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixində saat təxminən 19-20 radələrində Ağstafa rayonu Qaçaq Kərəm kəndi ilə M.Allahverdiyev küçəsinin kəsişməsində yerləşən köhnə çaxır zavodunun yaxınlığında xəstə olan iş yoldaşına baş çəkib evə gedərkən bir şəxsin onun araxasında gəldiyini görmüş, sonradan həmin şəxs ona yaxınlaşaraq ünvanına müxtəlif nalayiq ifadələr işlətmişdir. O, yoluna davam etməsinə baxmayaraq sonradan adını bildiyi Şəxs adlı şəxsin yenidən onun arxasınca gəldiyini görmüş və qorxaraq yaxınlıqdakı marketlərinə birinə daxil olaraq oradan həyat yoldaşı Şahid2 zəng edərək bu barədə bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şikayətçidir və onun cəzalandırılaraq bir daha onu narahat etməməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Belə ki, Şəxs əvvəllər tanımamışdır və aralarında hər-hansı ədavət yoxdur. xx.xx.2204-cü il tarixində təxminən 19-20 radələrində Günay ona zəng edərək bildirmişdir ki, Ağstafa rayonunda yerləşən köhnə çaxır zavodunun yaxınlığında evə gedərkən bir şəxsin onun araxasında gəldiyini görmüş, sonradan həmin şəxs ona yaxınlaşaraq ünvanına müxtəlif nalayiq ifadələr işlətmişdir. O, yoluna davam etməsinə baxmayaraq sonradan adını bildiyi Şəxs adlı şəxsin yenidən onun arxasınca gəldiyini görmüş və qorxaraq yaxınlıqdakı marketlərinə birinə daxil olaraq oradan ona zəng edərək bu barədə bildirmişdir. Bundan sonra O, da bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin “102” - zəng mərkəzi sisteminə müraciət edərək bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa rayon Polis şöbəsinin Cinayət- Axtarış Bölməsinin (CAB) baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 19:49-da Ağstafa rayonu, Qaçaq Kərəm kənd sakini Şahid2 Azərbaycan Respublikası Daxili İşlər Nazilriyinin “102” - zəng mərkəzi sisteminə müraciəti əsasında Ağstafa rayonu, Xətai kənd sakini Şəxs yaşadığı evə getmişlər. Onu müvafiq araşdırmanın aparılması üçün onu RPŞ-nə dəvət etmişlər. Lakin, bu zaman Şəxs sərxoş vəziyyətdə ictimai qaydanı pozaraq küçədə uca səs ilə ünvansız nalayiq söyüşlər və ifadələr işlədib xırda xuliqanlıq hərəkətləri etmişdir. Onu şöbəyə gətirmək üçün növbətçi hissənin xidməti avtomobilinə əyləşdirmək istəyərkən o, polislərin qanuni tələblərinə tabe olmamış və onlardan uzaqlaşıb getmək istəmiş, bununla da hadisə yerinə gəlmiş polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Belə ki, inzibati xəta haqqında işin materiallarında olan, xx.xx.2024-cü il tarixli, 69 №-li tibbi müayinə aktından görünür ki, Şəxs müayinə olunarkən alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə, eyni zamanda polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, Şəxs tərəfindən İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmalıdır. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin həbs tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən o, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tutma protokoluna əsasən Şəxs xx.xx.2024-cü il tarixdə. saat 20:35-də tutulmuşdur. Ona görə də onun həbsdə saxlanılma müddətinin əvvəli həmin vaxtdan hesablanmalıdır. İXM-nin 30.3 maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 535.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, İXM-nin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli 16 mart 2024-cü il, saat 20:35-dən hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-619/2024
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-619/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver