Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-628/2023 06.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Sənan Tahir oğlu Nağıyevin katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Qazax rayonunun, Düz Qışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Ağstafa rayonunun, Düz Qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2023-cÜ il tarixində İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o idarə etdiyi “VAZ 2107” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2023-cü il tarixdə təxminən saat 13:20 radələrində Ağstafa rayonunun, Düz Qışlaq kəndi istiqamətində hərəkətdə olarkən manevr qaydasını pozaraq 1.1 üfuqi nişanlama xəttinin tələbini pozmaqla hərəkət istiqamətinin sağ tərəf hissəsindən hərəkətdə olan Toyota Hilux markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəf hissəsindən vurmuş və nəticədə avtomobillərə maddi ziyan dəymişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirili bilərək izahatında bildirdi ki, əməlindən səmimi peşmandır, ona yüngül cəza verilməsini xahiş edir və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci hissəsinə görə sürücünun etdiyi manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Lakin, X1 qanunun bu tələblərinə əməl etməmiş, manevrin təhlükəsizliyini təmin etməmiş və maddi zərər vurmuşdur. Məhkəmə qeyd edir ki, İXM-nin 332.4-cü maddəsinin tələbinə əsasən həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsə sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 332.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yol hərəkəti qaydalarının pozulmasından bəhs edir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi onun özünün izahatı və inzibati xəta haqqında protokol ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 332.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 332.4-cü maddəsi həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunmasını müəyyən etmişdir. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs 400 manat məbləğində cərimə tətbiq edilməlidir. İXM-nin 36.1-ci maddəsinə görə hakim inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Hazırkı işdə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə (zərərin məbləği barədə) mübahisə olduğundan zərərin əvəinin ödənilməsi haqqında məsələyə baxıla bilməz. Odur ki, İXM-nin 36.3-cü maddəsinə uyğun olaraq zərər şəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Zərər çəkmiş şəxsə izah olunsun ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-628/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-628/2023
06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver