Məhkəmə qərarları › İş №3(015)-641/2023

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-641/2023

07.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-641/2023 07.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və zərərçəkmiş şəxs X3 iştirakı ilə, xx.xx.1980-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağstafa şəhəri S.Vurğun küç. Ev 31-də qeydiyatda olan və yaşayan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində aralarında olan torpaq mübahisəsi ilə əlaqədar olaraq X3 unvanına nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bununla da, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş “xırda xuliqanlıq” xətasını törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi müəyyən edilmişdir. İXM-nin 43.1-ci maddəsinə görə həmin Məcəllənin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işə baxmaq məhkəmənin səlahiyyətinə aiddir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 bildirdi ki, əməlindən səmimi peşimandır. Ona görə də ona yungül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən zərərçəkmiş şəxs X5 bildirdi ki, X4 ilə barışmışlar və və ona qarşı şikayəti və tələbi yoxdur. Ona görə də ona yungül cəza verilməsini xahiş etmişdir. Beləliklə, Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında 07 iyun 2023-cü il tarixli, MN ******* saylı protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş X2 əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tərkibi vardır və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə X1 peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi İXM-nin 33.1.7-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. İXM-nin 510-cu maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xətanın xarakterini, X2 şəxsiyyətini, təqsirlərinin dərəcəsini və əmlak vəziyyətlərini nəzərə alaraq hesab edir ki, o, 50 manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar