Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-643/2023 09.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X10 Abbasovun sədrliyi, məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X8 iştirakı ilə, xx.xx.1966-cı ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Avtoehtiyyat hissələrinin satışı mağazasında satıcı işləyən, Ağstafa rayonu Qırılı kəndində qeydiyyatda olan və Bakı şəhəri Binəqədi rayonunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(015)-38/2022 saylı icra sənədinə əsasən Şəxs 60000 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 60030 (altmış min otuz) manat pul alınaraq iddiaçı X6 ödənilməsi barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, maddi imkanı ağır olduğundan borcunu ödəyə bilməmişdir. Hal-hazırda Bakı şəhərində yaşamaqla orada Avtoehtiyyat hissələrinin satışı mağazasında satıcı işləyir və hər ay 360 manat əmək haqqı alır. Borcun əmək haqqısına yönəldilməsi barədə icra məmuruna şifahi və rəsmi bildirsə də borcun tutulmasını əmək haqqına yönəldilməmişdir. Eyni zamanda o, heç vaxt icra məmurunun çağırışlarından yayınmamış, Bakı şəhərində yaşamasını da icra məmuruna bildirmişdir. Lakin, axtarışda olduğu üçün xx.xx.2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri ərazisində saxlanılaraq xx.xx.2023-cü il tarixdə Ağstafa rayon İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Bundan başqa, Elşən Məmişov onun işlədiyi mağazadan 20000 manat dəyərində avtomobil ehtiyat hissələrini özbaşına götürmüş, bu barədə Bakı şəhəri Nəsimi RPİ-nə şikayət vermiş və hazırda araşdırma gedir. Ona görə də qeyd etdiklərini nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edib göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən Şəxs 60000 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 60030 (altmış min otuz) manat pul alınaraq iddiaçı X6 ödənilməlidir. Həmin icra sənədi üzrə borclu qətnamənin icrasından boyun qaçırmış, icra məmurunun çağırışlarına məhəl qoymamış, sonradan onun Ağstafa rayonu ərazisində olmaması müəyyən olunduğundan barəsində axtarış elan edilməklə qərarın icrası Ağstafa RPŞ-nə həvalə edilmişdir. Həmin şöbənin əməkdaşları tərəfin borclu xx.xx.2023-cü il tarixdə saat 12:00-da Bakı şəhəri ərazisində saxlanılaraq xx.xx.2023-cü il tarixdə onlara təhvil verilmiş və bundan sonra borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Müəyyən olunduğu kimi, Ağstafa Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli 2(015)-38/2022 saylı icra sənədinə əsasən əsasən X5 Şəxs 60000 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 60030 (altmış min otuz) manat pul X6 xeyrinə tutulmuş, həmin borcdan hal-hazıradək ödəniş edilməmişdir. Şəxs fiziki şəxsə məxsus mağazada satıcı işləyərək hər ay 360 manat əmək haqqı alır və onun əmək haqqısının yarısı olan 180 manat icra sənədi üzrə hər ay tələbkarın xeyrinə tutulmalııdr. Şəxs isə həmin puldan əlavə tələbkara heç bir ödəniş etmir. Həmin tutulmalar nəzərə alınaraq icra sənədi üzrə illik tutulmalar cəmi 2160 manat təşkil edir ki, bu hal da qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin uzun müddət, yəni 27 ildən artıq müddətə icra edilməsi deməkdir. Eyni zamanda, Ralim X1 işlədiyi mağazadan 20000 manat dəyərində avtomobil ehtiyat hissələrini özbaşına götürməsini, bu barədə Bakı şəhəri Nəsimi RPİ-nə şikayət verməsini və hazırda araşdırma getməsini bildirmişdir. Həmin fakt isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası ilə bağlı hazırki icra sənədi üzrə olan icra işinə heç bir aidiyyəti yoxdur və Elşən Məmişovun etdiyi həmin əməl polis orqanı tərəfindən araşdırılaraq hüquqi qiymət veriləcəkdir. Qeyd olunmalıdır ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Hazırki vəziyyətdə Şəxs məhkəmənin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini uzun müddət ərzində üzrsüz səbəbdən yerinə yetirməməsi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin 27 ildən artıq müddətə icra edilməsi yalnız məsuliyyətdən yayınmaq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Həmçinin məhkəmə tərəfindən ona aliment borcundan ödəniş etməsi üçün şərait yaradılaraq ona vaxt verilməsi təklif olunmuş, lakin o, aliment borcunu ödəməyə maddi imkanın olmamasını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə almaqla həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Eyni zamanda iş materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00-da saxlanılmışdır. Məhkəmə hesab edir ki, onun həbsdə saxlanma müddəti həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 08 iyun 2023-cü il saat 12:00-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X9 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-643/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-643/2023
09.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver