Məhkəmə qərarları › İş №3(015)-645/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-645/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-645/2023 12.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X6 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1964-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Ağstafa rayonunun Vurğun qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-634/2021 saylı icra sənədinə əsasən Şəxs 207881,34 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, iddiaçı X3 verilməsi barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs bildirdi ki, o, tələbkara olan borcunu ödəməkdən yayınmır. Hal-hazırda aylıq əmək haqqının hamısını tələbkara ödəməyə razıdır. Ağır ürək xəstəliyi olduğu üçün, müalicəsi ilə əlaqədar mütəmadi olaraq Bakı və Gəncə şəhərlərində olur. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirdi ki, borclu qərəzli olaraq borcunu ödəmir. Ona görə də onun barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 göstərdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-634/2021 saylı icra sənədinə əsasən Şəxs 207881,34 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, iddiaçı X3 verilməsi barədə icra sənədi üzrə borclu Şəxs borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Borclu bu günə kimi, tələbkara olan borcundan heç bir ödəniş etməmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında materialın sənədlərini nəzərdən keçirib hesab edir ki, sənədlər natamam olduğundan inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. İcra məmuru izahatında bildirdi ki, borclu şəxs rəsmi çağırışlara əhəmiyyət verməmiş, ona görə onun barəsində axtarış elan edilmişdir. Polis əməkdaşları onu saxlayıb icra şöbəsinə təhvil verdikdən sonra barəsində inzibatı protokol tərtib edilib iş məhkəməyə göndərilmişdir. Məhkəmə təqdim olunmuş icra işinə nəzərə yetirdikdə məlum olur ki, borclunun qeydiyyatda olduğu ünvana rəsmi qaydada bildiriş göndərilməmişdir. Həmçinin şəxsin əlaqə telefonuna SMS məlumat bildirişi göndərilməmişdir. İş materiallarında bunu əks etdirən məlumatlar mövcud deyildir. İcra məmuru bunun səbəbini izah edə bilmədi. Eyni zamanda bildirdi ki, borclunun həmin ünvanda faktiki yaşamaması barədə icra nümayəndəsindən arayış alınmışdır. Məhkəmə qeyd edir ki, belə məzmunlu arayış icra hərəkətlərini həyata keçirilməsi üçün borcluya qanunla müəyyən edilmiş qaydada bildiriş təqdim edilməsini istisna etmir. İcra məmuru borcluya yaşayış ünvanına bildiriş göndərməsini təmin etməli, daha sonra borclu icra hərəkətlərinin keçirilməsində iştirak etməkdən imtina etsə və yaxud məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməkdən yayınsa onun barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülməlidir. Məhkəməyə təqdim olunmuş materiallardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-634/2021 saylı icra sənədinə əsasən borclu Şəxs yaşadığı Ağstafa rayon Vurğun Qəsəbəsində yerləşən ünvanına hər hansı bildiriş göndərilməmiş, şəxsin əlaqə telefonuna SMS məlumat bildirişi göndərilməmiş və bu barədə materiala hər hansı bir sübut əlavə edilməmişdir. Belə olan halda borclunun icra sənədini üzürsüz səbəbdən icra etməməsi barədə fakt öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xətalar haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdr. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında toplanmış material natamam olduğundan baxılmadan onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar