Məhkəmə qərarları › İş №3(015)-647/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-647/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-647/2024 28.03.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X3 Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləmir,Ağstafa şərayonunun Xətai kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokola əsasən Şəxs Ağstafa şəhəri H.Əliyev prospektində Ağstafa rayon məhkəməsinin yaxınlığında xırda xuliqanlıq etmiş, həmçinin polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, Ağstafa şəhəri H.Abbas küç. Ev 1-də ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə özünə məxsus KİA markalı ** XH *** dövlət qeydiyyat nömrəli maşın Ağstafa şəhəri H.Əliyev prospektində rayon məhkəməsinin yanında yerləşən oz yaşayış evinə gedərkən, giriş qıfılla bağlanmış özünə məxsus avtomabili həmin yerdə saxlamış qıfıl açıldıqdan sonra evinə daxil olması üçün lakin həmin vaxt polisə aid dustaq daşıyan maşın gəlmiş, məhkəməyə keçə bilməmişdir.Şəxs yol polisi gələrək cərimə yazmış. Oradakı polislər tərəfindən xəbərdarlıq edilmiş , avtomaşını ilə birlikdə polis şöbəsinə aparılmışdır. Şəxs öz səhvindən peşmandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa RPŞ-nin Post-patrul xidməti bölüyünün polis nəfəri Musayev Bayundur ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən saat 16:30 radələrində iki nömrəli postda xidmətdə olarkən post yoldaşım polis serjantı Şahid2lə Ağstafa Rayon Məhkəmə binasının qarşısında müvəqqəti saxlama yerində dustaq daşıyan avtomaşının arxasında KİA markalı dövlət qeydiyyat nömrəsi ** XH *** olan avtomaşının sahibi dəfələrlə müvəqqəti saxlama yerinin avtomaşının arxasında saxlayıb çıxmasına mane olmasına xəbərdarlıq edilsədə o, öz hərəkətlərinə davam etdirmişdir. Bundan sonra qeyd edilən şəxsi Ağstafa RPŞ-nin inzibati binasına gətirdikdən sonra onun Ağstafa şəhəri H.Abbas küç. Ev 1 sakini Şəxs olmasını müəyyən etmişlər və onun əməlinə hüquqi qiymət verilməsi üçün rəhbərliyə raportla müraciət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa DYPB-nin, YPXİ-u polis serjantı Şahid1 ifadəsində göstərirki, ekipaj yoldaşı Hüseynli Vidadi ilə 994P148 saylı avtopatrulda Ağstafa şəhəri H.Əliyev prospektində xidmətdə olduğum zaman NH-ə radiostansiyası vasitəsi ilə çağrılaraq Ağstafa Rayon Məhkəməsinin giriş hissəsində hərəkətə maneçilik törədən KİA CEED markalı ** XH *** DQN-li avtomobilə inzibati qaydada tənbeh göstərilmişdir. İXM-nin 346.1-ci maddəsi ilə tərtib etdiyim protokoldan sonra təkrar tabesizlik göstərərək həmin yerdə avtomobilini saxladığı üçün həmin şəxsi maşını ilə birlikdə RPŞ-nə gətirilərək NH-yə təhvil verildi. Onun əməlinə hüquqi qiymət verilməsi üçün rəhbərliyə raportla müraciət edilmişdir. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci və 53.0.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Məhkəmə qeyd edir ki, inzibati materialdan Şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmaması faktı müəyyən olunmur. Tabe olmamaq nədə ifadə olunduğu, hansı formada nümayiş olunduğu iş materiallarında öz təsdiqini tapmır. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Azərbaycan Respublikası İTB-nin sahə rəisi polis X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN № ******* -li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, iş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs ictimai qaydanı pozaraq xx.xx.2024-cü il tarix saat 16:30 radələrində Ağstafa Rayon Məhkəmə binasının qarşısında müvəqqəti saxlama yerində dustaq daşıyan avtomaşının arxasında KİA markalı dövlət qeydiyyat nömrəsi ** XH *** olan avtomaşının sahibi saxlayıb çıxmasına mane olmuşdur. Məhkəmə qeyd edir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Göründüyü kimi, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə İXM-nin 510-cu və 535.1-ci maddəsi ilə ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin inzibati məsulliyyətə cəlb etmə müddəti keçdiyindən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118, 510 və 535.1ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, həmin maddə ilə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar