Məhkəmə qərarları › İş №3(015)-675/2023

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-675/2023

16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-675/2023 16.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, Azərbaycan Respublkası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı, məhkəmə müəyyən etdi: xx.xx.2023-cü il tarixində Ağstafa Rayon Məhkəməsinə Azərbaycan Respublkası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə tərtib olunmuş protokol daxil olmuşdur. Məhkəmə hesab edir ki, protokol düzgün tərtib olunmamışdır, təqdim olunmuş materiallar isə işə baxılarkən tamamlanması mümkün olmayan dərəcədə natamamdır: Birincisi, protokola əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın tərtib edildiyi tarix qeyd olunmamışdır. Belə ki, inzibaiti iş materiallarındakı həmin tarixi qeyd edilməyən qərara əsasən Şəxs barəsində İXM-nin 157ci (döymə) maddəsi ilə inzibati icraat işi açılması üçün materialın Ağstafa rayon Polis şöbəsinin X2 göndərilməsi qərar alınmışdır. X1 sahə inspektoru xx.xx.2023-cü il tarixində Şəxs barəsində İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib etmişdir. İkincisi, İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602-3cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Hazırki inzibati materiallarda xx.xx.2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardad əlavə olunsa da həmin qərardadda araşdırmanın zəruriliyi əks olunmamış və xx.xx.2023-cü il tarixindən protokolun tərtib edildiyi xx.xx.2023-cü il tarixinə kimi hər-hansı bir araşdırma aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılamağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Şəxs barəsində olan inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş digər sənədlər onu tərtib orqana – Ağstafa rayon Polis şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublkası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinin əməkdaşı tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəs ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər onu tərtib etmiş orqana - Azərbaycan Respublkası Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis şöbəsinə qaytarılsın. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar