Məhkəmə qərarları › İş №3(015)-675/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-675/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-675/2025 10.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Qərardan şikayət verən şəxs X8, Azərbaycan Respublikası Qida X1-X9 nümayəndəsi Nümayəndə iştirakı ilə, X11 tərəfindən Azərbaycan Respublikası Qida X1-X12 tərəfindən 13 may 2025-ci il tarixli, ******* saylı, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Qida X1-X12 tərəfindən qəbul olunmuş 13 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X11 vəzifəli şəxs kimi inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. X11 həmin qərardan şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida X1-X12 tərəfindən 13 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Belə ki, ilk öncə ona yazılmış protokolu qida təhlükəsizliyi agentliyi tərəfindən müzakirə etmək üçün ona 05 may 2025-ci il tarixdə bildiriş gəlmiş və ona orada iştirak edərək öz etirazını bildirmişdir ki, ona yazılan protokolla razı deyil. Həmin vaxt yəni qida təhlükəsizliyi agentliyi video çəkilişlə baxış keçirən zaman guya ki, onun həmin yerdə toyuq saxlamadığını ifadə etmişdir. Həmin zaman toyuqlar olmamış, lakin əvvəllər toyuq saxlamışdır. Qeyd etdiyi kimi, həmin dövr üçün heç bir pozuntu olmamışdır, əgər olsaydı barəsində hansısa protokol və qərar olardı. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X11 şikayət ərizəsini müdafiə edib təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Qida X1-X9 nümayəndəsi Nümayəndə şikayəti qəbul etməyib göstərmişdir ki, X10 məxsus Quşçuluq təsərrüfatından xx.xx.2025-ci il tarixdə regional bölməyə şikayət daxil olmuş, şikayət əsasında xx.xx.2025-ci il tarixdə Ədliyyə Nazirliyinin vahid məlumat reyestrindən alınmış çıxarış və regional bölmə rəhbərinin qərarı ilə müəssisədə plandankənar yoxlama həyata keçirilmiş, İXM-nin 220.2 və 220.3-cü maddələri ilə protokol tərtib edilmişdir. Müvafiq protokol əsasında 13 may 2025-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin elə həmin tarixdə işə baxılmasında iştirak edən vəzifəli şəxsə həmin qərarın nüsxəsi təqdim edilmişdir. Ona görə də, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və şikayəti araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıqsanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələrinə daxildir. Eyni zamanda, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, o cümlədən qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələr və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla (sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalar ilə) müəyyən edilir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanunla müəyyən olunmuş tələblər və qida təhlükəsizliyinin prinsipləri nəzərə alınmaqla hazırlanır və qəbul edilir. Həmin Qanunun 15.4-cü maddəsinə əsasən ilkin istehsalla məşğul olan qida subyektləri istehsal etdikləri məhsulların təhlükəsizliyinin təmin edilməsi üçün ilkin istehsalla əlaqəli olan infrastrukturu, saxlama anbarlarını və digər obyektləri, ilkin istehsal məhsulu ilə təmasda olan avadanlıqları, konteynerləri, nəqliyyat vasitələrini və digər daşıycıları təmiz saxlamalı və dövri olaraq dezinfeksiya etməlidir. Həmin Qərarın 7.8-ci bəndinə əsasən kənar şəxslərin poliqon ərazisinə daxil olmasının qarşısını almaq məqsədilə ərazi perimetri boyu çəpərlənərək keçidin qadağan olunduğu barədə xəbərdaredici qeydləri olan plakatlar qoyulmalıdır. Bu sahədə cavabdeh - balansında həmin poliqon olan hüquqi və ya fiziki şəxsdir. İş materiallarından görünür ki, X10 məxsus Quşçuluq təsərrüfatından xx.xx.2025-ci il tarixdə regional bölməyə şikayət daxil olmuş, şikayət əsasında xx.xx.2025-ci il tarixdə Ədliyyə Nazirliyinin vahid məlumat reyestrindən alınmış çıxarış və regional bölmə rəhbərinin qərarı ilə müəssisədə xx.xx.2025-ci il tarixdə plandankənar yoxlama həyata keçirilmiş, baxış zaman Rauf Əliyev tərəfindən ərazidə dezinfeksiya işlərinin aparılmaması aşkar olunaraq yoxlamanın nəticələrinə dair qərar qəbul olunmuşdur. Bundan sonra həmin qərar əsasında Rauf Əliyevin barəsində İXM-nin 220.2 və 220.3-cü maddələri ilə protokol tərtib edilmiş, müvafiq protokol əsasında 13 may 2025-ci il tarixli ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmin qərarla X11 Azərbaycan Respublikası İXM-nin 220.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 400 (dörd yüz) manat miqdarında cərimə edilmişdir. İş üzrə şikayətçi yoxlama zamanı, barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən və qərar qəbul edilərkən ərazidə dezinfeksiya işlərinin aparılması barədə hər hansı bir sənəd təqdim etməmişdir. Göründüyü kimi, Rauf Əliyev ilkin istehsalla məşğul olan qida subyekti olmaqla fəaliyyət göstərdiyi obyektdə dezinfeksiya işləri aparmamış və bu barədə hər hansı bir sənəd təqdim etməmişdir. Bununla da “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. İXM-nin 220.3-cü maddəsinə əsasən Qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə – fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, X8 barəsində qərar qəbul olunarkən qanunvericiliyin maddi və prosessual tələblərinə riayət olunaraq heç bir hüquq və ya qanun pozuntusuna yol verilməmiş, işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, inzibati xəta törədən şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar faktiki sübutlarla müəyyən edilərək düzgün qərar qəbul edilmişdir. Ona görə də şikayət təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Qida X1-X7 rəisi X6 tərəfindən X8 barəsində qəbul edilmiş “İnzibati tənbehin tətbiq edilməsi haqqında” 13 may 2025-ci il tarixli, MN seriyalı, № ******* qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-130, 134 və 135-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X1-X7 rəisi X6 tərəfindən X8 barəsində qəbul edilmiş “İnzibati tənbehin tətbiq edilməsi haqqında” 13 may 2025-ci il tarixli, MN seriyalı, № ******* qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar