Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-676/2023 19.06.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1979-cu ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləmir, Ağstafa şəhəri Ə.Nəbiyev küçəsi ev 8-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs 11000 manat borc və 20 manat dövlət rüsumunun alınıb X1 xeyrinə tutulması barədə Ağstafa Rayon Məhkəməsinin 21 aprel 2014-cü il tarixli icra sənədi, 4916 manat borcun alınıb "xxxx" ASC-nin xeyrinə tutulması barədə Ağstafa Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, 11000 manat borc və 20 manat dövlət rüsumunun alınıb X1 xeyrinə tutulması barədə Ağstafa Rayon Məhkəməsinin 21 aprel 2014-cü il tarixli icra sənədi üzrə borcunun çox hissəsini tələbkara ödəmiş və 1600 manat borcu qalmış, həmin bocrun hissə-hissə ödənilməsi barədə tələbkarla öz aralarında razılığa gəlmişlər. Ondan 4916 manat borcun alınıb "xxxx" ASC-nin xeyrinə tutulması barədə Ağstafa Rayon Məhkəməsinin 27 aprel 2021ci il tarixli qətnaməsindən isə apelyasiya şikayəti vermişdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 ifadəsində göstərmişdir ki, Şəxs 11000 manat borcun və 20 manat dövlət rüsumunun alınıb X1 xeyrinə tutulması barədə Ağstafa Rayon Məhkəməsinin 21 aprel 2014-cü il tarixli icra sənədi üzrə isə tələbkara ödənişlər etmiş və 1600 manat borcu qalmış, həmin bocrun hissə-hissə ödənilməsi barədə tələbkarla öz aralarında razılığa gəlmişlər. Eyni zamanda Şəxs ondan 4916 manat borcun alınıb "xxxx" ASC-nin xeyrinə tutulması barədə Ağstafa Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən isə apelyasiya şikayəti vermişdir. Ona görə də qeyd etdiklərini nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Lakin, proses iştirakçılarının izahatları və iş materialları ilə müəyyən olunur ki, Şəxs 11000 manat borcun və 20 manat dövlət rüsumunun alınıb X1 xeyrinə tutulması barədə Ağstafa Rayon Məhkəməsinin 21 aprel 2014-cü il tarixli icra sənədi üzrə isə tələbkara ödənişlər etmiş və 1600 manat borcu qalmış, həmin bocrun hissə-hissə ödənilməsi barədə tələbkarla öz aralarında razılığa gəlmişlər. Eyni zamanda Şəxs ondan 4916 manat borcun alınıb "xxxx" ASC-nin xeyrinə tutulması barədə Ağstafa Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsindən isə apelyasiya şikayəti vermişdir. Hazırki vəziyyətdə Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməməsi, tələbkara heç bir əmlak verməməsi və ya hər hansı miqdarda pul ödəməməsi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırması sübut olunmur. Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu halda, Ağstafa rayon İcra və probasiya icra məmuru X3 tərəfindən tərtib olunmuş 16 iyun 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 118 və 430.4-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş 16 iyun 2023-cü il tarixli MN ******* №-li inzibati protokola əsasən Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci mаddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №3(015)-676/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-676/2023
19.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver