Məhkəmə qərarları › İş №3(015)-68/2024

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-68/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-68/2024 22.01.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs və X2 iştirakı ilə, xx.xx.1948-ci il tarixində Azərbaycan Respublikasının Qazax rayonu, Köçəsgər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təqaüdçü, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixində İXM-nin 327.8-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixində idarə etdiyi “TOYOTA RAV - 4” minik markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağstafa rayonu, Kəçəsgər kənd yolu ilə Ağstafa şəhəri istiqamətində hərəkətdə olan vaxt manevr etmə qaydalarını pozaraq "VAZ 2107" markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zərər çəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş “Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması” xətasını törətmişdir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, yol-nəqliyyat hadisəsinin inzibati xəta haqqında protokolda göstərildiyi kimi baş verdiyini etiraf edir, hadisə onun təqsiri üzündən baş vermişdir və əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X4 bildirdi ki, hadisə nəticəsində onun idarə etdiyi "VAZ 2107" markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil əzilib, ona vurulmuş zərər isə bu günə kimi ödənilməyib. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirdi ki, hadisə nəticəsində onun sağlamlığına dəymiş xəsarətə görə müalicəsi ilə əlaqədar ona vurulmuş zərər isə ödənilməyib. Zərər çəkmiş şəxslər X3 və Bayramova Hicran Dilən qızı məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Şəxs idarə etdiyi “RAV-4” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağstafa- Köçəsgər avtomobil yolu ilə Ağstafa şəhərin istiqamtəində hərəkətdə olan vaxt Ağstafa şəhərinin girişində döngədə idarəetməni itirərək qarşı hərəkət zolağına daxil olub Köçəsgər kəndi istiqamətində hərəkətdə olan X2 idarə etdiyi “VAZ-2107” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan sərnişinlər X1 dizinvə sol baldırın qançırları, sağ diz oynağında hərəkət məhdudluğu kimi sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət, X4 burnun üstündə, sağ dizin iç-alt səthində sıyrıqlar kimi dərəcəsi təyin olunmayan xəsarət, Bayramova Hicran Dilən qızı sağ aşağı ətrafın əziyi kimi dərəcəsi təyin olunmayan xəsarət və Zərərçəkmiş şəxs burun sümüyünün sınığı kimi sağlamlığa YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri almışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından Ağstafa ayon Polis Şöbəsinin təhqiqatçısı tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, bundan sonra onun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 1-ci hissəsinə görə sürücünun etdiyi manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə görə isə yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Lakin Şəxs qanunun bu tələblərinə əməl etməmiş, ötmə manevrinin təhlükəsizliyini təmin etməmiş, digər hərəkət iştirakçısına maddi zərər vurmuşdur. Beləliklə, Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokola əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan “Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması” xətasının tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinib maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 327.8-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılmalıdır. İXM-nin 36.1-ci maddəsinə görə hakim inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Hazırkı işdə vurulmuş zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduğundan zərərin əvəzinin ödənilməsi haqqında məsələyə baxıla bilməz. Odur ki, İXMnin 36.3-cü maddəsinə uyğun olaraq zərər çəkmiş şəxsə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müəyyən olunmuş qaydada iddia ilə məhkəməyə müraciət edə bilər. İXM-nin 101-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra, işin hallarının, eləcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol həmin Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin inzibati işin materiallarında inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardadın qəbul olunması müəyyən olunmur. Ümumiyyətlə inzibati iş materillarında protokolun hansı səbəbdən uzadılaraq xx.xx.2024-cü il tarixində tərtib edildiyi məlum deyil. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1,115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respulikasının Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə edilsin. Zərər çəkmiş şəxslərə izah olunsun ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Zamiq Rəsulov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar