Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-683/2023 10.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsinin hakimi Rəsulov Zamiq Akif oğlunun sədrliyi və Nağıyev Sənan Tahir oğlunun katibliyi ilə, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN-nin) X7 Bölməsi (DYPB) tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 barəsində Azərbaycan Respublikası DİN-nin Ağstafa Rayon Polis X5 Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X2 şikayəti onunla əsaslandırmışdır ki, o xx.xx.2023-cü il tatrixdə saat 22:03 radələrində Gənccə şəhərində Gəncə şəhər Yol Polisin əməkdaşları tərəfindən ona məxsus idarə etdiyi **-PX-*** dövlət nömrə nişanlı avtomobil qanunsuz saxlanılmış və ondan qanunsuz olaraq şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsini alaraq səhərisi gün polis şöbəsinə gəlməsi bildirilərək, özünü sərbəst buraxmışlar. O da idarə etdiyi avtomobili ilə evinə gəlmişdir. İki gün ərzində ona zəng edib Yol Polisnə dəvət etmişlər. O, isə etiraz etməmiş ki, onunla nə işi ola bilər heç bir qayda pozmamış və qanunsuz saxladıqları ona qaytarılmasını bildirmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə qərarsız olmaqla ona AR İXM-nin 333.1-ci maddəsinə əsasən guyaki alkoqoldan istifadə etməyi göstərərək qərəzli şəkildə qanunsuz saxta və qanunsuz protokol yazılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərar onun ünvanına gəlmişdir. Əgər o, içkili olubsa digər sərnişinlərə və özünə təhlukə yarada biləcəyi təqdirdə onu avtomobili ilə sərbəst buraxmazdılar. Eyni zamanda ona məxsus sənədləri verməkdən imtina edirlər.Bundan başqa polis saxta sənədlər düzəldilərək bildirdilər ki, guya X3 adlı şəxs onun maşınını sürüb aparmışdır. Video görüntülərə baxılsa görünər ki, həmin vaxt maşını kim idarə edirdi. Yol polis özünü müdafiə etmək üçün saxta sənədlər tərtib etmişdir. Ona görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN-nin) X7 Bölməsi (DYPB) tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı qərarın ləğv edilməsi və həmin qərarı qanunsuz tərtib etmiş Gəncə şəhəri yol polis əməkdaşı Kazım Musayevin barəsində xüsusi qərar çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-nin Ağstafa Rayon Polis X5 Polis Bölməsi və şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, nümayəndə və şikayətçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, şikayət aşağıdakılara əsasən qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, X2 xx.xx.2023-cü il tarixli İXP ******* saylı qərarla Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Belə ki, qanuncericiliyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Lakin, X2 barəsində protokol tərtib olunarkən və xx.xx.2023-cü il tarixli İXP ******* saylı qərar qəbul olunarkən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını əks etdirən hər hansı bir sübut barədə qeyd aparılmamış, həmin halları təsdiq edəcək video və ya fotoşəkillər məhkəməyə təqdim edilməmişdir. Rüfət Həsənov tərəfindən inzibati xəta törədilməsi barədə heç bir sübut olmadan barəsində qərar qəbul olunmuşdur. Hazırki vəziyyətdə Rüfət Həsənov tərəfindən qeyd edilən inzibati xətanın törədilməsi faktı öz təsdiqini tapmır. Eyni zamanda, Azərbaycan Respublikası İXM-nin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Lakin, X1 nəqliyyat vasitəsini idarə edən zaman sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün hal şahidlərinin iştirakı ilə xüsusi texniki vasitələrdən istifadə olunması və ya tibbi müayinədən keçirilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci və 53.1.2-ci maddələrinə görə, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə uyğun olaraq, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X1 barəsində Azərbaycan Respublikası DİN-nin Baş X7i İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, inzibati xətalar haqqında məhkəmə işə baxarkən, müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərin barəsində xüsusi qərar çıxarılması nəzərdə tutulmadığından, yalnız inzibati xəta haqqında işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti müəyyən etdikdə, müvafiq müəssisə, idarə və təşkilatlara, vəzifəli şəxslərə onların aradan qaldırılması üçün tədbirlər görmək haqqında təqdimat verilməsi nəzərdə tutulduğundan və hazırki şikayət üzrə işə məhkəmə tərəfindən baxılarkən inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilmədiyindən Gəncə şəhəri yol polis əməkdaşı Kazım Musayevin barəsində xüsusi qərarın çıxarılması çıxarılması məqsədəduyğun deyildir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 128-130 və 134-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası DİN-nin Baş X7i İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-683/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-683/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver