Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-685/2023 03.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nağıyev Sənan Tahir oğlunun katibliyi, xx.xx.1969-cu ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ailəli, Ağstafa rayonu, Qacaq Kərəm kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağstafa rayon prokurorluğu tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarı üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş materiallardan görünür ki, 29 aprel 2023-cü il tarixdə Ağstafa şəhəri Q.Kərəm küçəsi ev 8 ünvanda yaşayan Şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğundan həmin gün saat 18:33-dən etibarən videoçəkliş ilə Şəxs evinə baxış keçirdiyini və baxış zamanı onun yaşadığı evdən evin həyətində inşa edilmiş yardımçı tiklinin pəncərəsinin qarşısından 01 ədəd, evin həyətində inşa edilmiş hamam otağının beton örtüyünün üzərindən 01 ədəd və evin qonaq otağında olan stolun üzərindən 01 ədəd ampula, qonaq otağından 01 ədəd açılıb qatlanan bıçaq aşkar olunaraq götürülmüşdür. Bu barədə Ağstafa rayon prokuroru, kiçik ədliyyə müşaviri X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206cı maddəsi ilə 30 iyun 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar tərtib edilərək, baxılması üçün Ağstafa Rayon Məhkəməsinə təqdim olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə vaxtında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Buna görə də məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış sübutlarla təsdiq olunur. Göründüyü kimi 29 aprel 2023-cü il tarixdə Ağstafa şəhəri Q.Kərəm küçəsi ev 8 ünvanda yaşayan Şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli olduğundan həmin gün saat 18:33-dən etibarən videoçəkliş ilə Şəxs evinə baxış keçirdiyini və baxış zamanı onun yaşadığı evdən evin həyətində inşa edilmiş yardımçı tiklinin pəncərəsinin qarşısından 01 ədəd, evin həyətində inşa edilmiş hamam otağının beton örtüyünün üzərindən 01 ədəd və evin qonaq otağında olan stolun üzərindən 01 ədəd ampula, qonaq otağından 01 ədəd açılıb qatlanan bıçaq aşkar olunub götürülmüş , aşkar olunmuş vasitənin narktik tərkibli olub-olmaması, eyni zamanda miqdarı barədə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsinin 26 yanvar 2021-ci il tyarixli rəyinə əsasən təhqiqata təqdim edilmiş üzərində “Şəxs sözləri və imzalar olan kağız paketdəki, (bir) ədəd kağız paketdəki 1 ədəd 1 ml-lik birdəfəlik şprişdə 0,4 ml. Həcimdə məhlul heroin məhluldur və həmin məhlunun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0, 014 qram olduğu müəyyən edilmişdir. Bu səbəbdən Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati icraat başlanılmış və həmin material baxılması üçün məhkəməyə göndərilmişdir. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrdən və psixotrop maddələrin miqdarına, habelə onların küllü miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanuna əsasən narkotik vasitə olan marixuananın istehlak miqdarından artıq miqdarı 5 qram təşkil edir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş ekspert rəyində müəyyən olunmuşdur ki, Şəxs evindən aşkar olunmuş 1 ml-lik birdəfəlik şprisdə 0,4 ml. Həcimdə məhlul heroin məhluldur və həmin məhlunun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi 0, 014 qramdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsinin 12 may 2023-cü il tarixli, 16/459 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şəxs evindən aşkar edilmiş 1 ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşiçi xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir.” Odur ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi İXMnin 33.1.5-ci maddəsinə əsasən X1 məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə xəta törədən şəxs inzibati məsuliyyət daşıyır. İnzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini, onun şəxsiyyətini və əmlak vəziyyəti barədə olan məlumatları, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, Şəxs İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan, cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 110, 114-117, 128-130, 206-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. İş üzrə maddi sübut olan Ağstafa RPŞ-də saxlanılan 0,014 qram heroin və Şəxs evindən aşkar edilmiş 1 ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşiçi xassəyə malik olan turist bıçağı məhv edilsin. Qərarın icrası Ağstafa rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-685/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-685/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver