Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-686/2023 03.07.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Ağstafa Rayon Məhkəməsi, hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Nağıyev Sənan Tahir oğlunun katibliyi, Ağstafa rayon İcra və Probasiya şöbəsinin böyuk icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Qazax rayonu, Oraq Çəkic kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağstafa rayonu Q.Kərəm kəndində qeydiyyatda olamaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində 03 iyul 2023-cü il tarixində Ağstafa rayon İcra və Probasiya şöbəsinin büyuk icra məmuru X5 tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Ağstafa Rayon Məhkəməsi tərəfindən 2(015)-849/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2017ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü Fidan və xx.xx.2014-cü il təvəllüdlü Əli adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşağa 136 manat olmaqla iki uşağa görə 272 manat sabit pul məbləğində alimentin tələbkar X1 xeyrinə tutulması qət edilmişdir. Borclu Şəxs İcra sənədi üzrə 13.000 manat borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs bildirdi ki, hər ay imkanı çatan qədər borcundan ödəyir. Hal-hazırda heç bir yerdə işləmir. O, borcundan 800 manat ödəniş etmişdir. Əməlindən peşimandır. Borcunun məsuliyyətini dərk edir və qalan borcunun hamısını da mütləq ödəyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağstafa rayon İcra və Probasiya şöbəsinin böyuk icra məmuru X5 bildirdi ki, icra sənədi üzrə borclu Şəxs tələbkar X2 13.000 manat məbləğində aliment borcu vardır, aliment borcunun ödənilməsi barədə onun tərəfindən Şəxs xəbərdarlıq edilib və məhkəmə qərarının icrasının məcburiliyi izah edilib. Lakin Şəxs qanunla müəyyən olunmuş müddətdə aliment borcunu ödəməmiş, çağırışlara gəlməkdən yayınmışdır. Zərər çəkmiş şəxs X3 məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin materiallarında olan qəbzdən müəyyən olunmuşdur ki, Şəxs X1 hesabına 800 manat məbləğində pul köçürmüşdür. Qanundan göründüyü kimi, icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xəta tərkibini yaradır. Şəxs 13.000 manat məbləğində pul borcunu üzrlü səbəbdən ödəyə bilməmişdir. Beləliklə, İXM-nin 528.1-ci maddəsində qeyd olunan “üzürsüz səbəb” sübut olunmadığından Məhkəmə hesab edir ki, Şəxs 13.000 manat məbləğində pul borcuna münasibətdə icra sənədinin üzürsüz səbəbdən icra edilməməsində təqsirləndirilə bilməz. Ona görə də Məhkəmə İXM-nin 53.0.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Qeyd olunanlara əsasən və İXM-nin 53.0.2, 105, 114.2.1, 115 və 117-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(015)-686/2023
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-686/2023
03.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver