Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-69/2025 07.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağstafa RPŞ-nin Yol patrol xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Qazax rayonununda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ağstafa rayonu, Dağ Kəsəmən kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1 və 333-1.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs sərxoş vəziyyətdə xx.xx.2025-ci il tarixdə, saat 01:50-də idarə etdiyi “VAZ 21061” minik markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobili ilə Ağstafa şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanıqlı vəziyyətdə olan “Mercedes-Vito” markalı, **-GT-*** dövlət nömrə nişanlı avtomobili vurmuşdur. Hadisə nəticəsində xəsarət alanlar olmamış, avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, sərxoş vəziyyətdə xx.xx.2025-ci il tarixdə, saat 01:05-də idarə etdiyi “VAZ 21061 MİNİK” markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobili ilə Ağstafa şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanıqlı vəziyyətdə olan “Mersedes-Vito” markalı, **-GT-*** dövlət nömrə nişanlı avtomobili vurmuşdur. Hadisə nəticəsində xəsarət alanlar olmamış, avtomobilə maddi ziyan dəymişdir. Əməlindən peşmandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağstafa RPŞ-nin Yol patrol xidməti inspektoru X2 ifadəsində bildirdi ki, hadisə vaxtı xidmətdə olmuşdur. Belə ki, Şəxs sərxoş vəziyyətdə xx.xx.2025-ci il tarixdə, saat 01:50-də idarə etdiyi “VAZ 21061 MİNİK” markalı, **-CF-*** dövlət nömrə nişanlı avtomobili ilə Ağstafa şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanıqlı vəziyyətdə olan “Mersedes-Vito” markalı, **-GT-*** dövlət nömrə nişanlı avtomobili vurmuşdur. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müqayinəsi haqqında xx.xx.2025-ci il tarixli alkotesterdən görünür ki, Şəxs həmin tarixdə tibbi müayinədən keçirilən zaman nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2025-ci il tarixli alkotester və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 327.1 və 333.3-cü maddələri ilə məsuliyyətə cəlb olunmalıdır İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İXM-nin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. .Məhkəmə Şəxs tətbiq olunacaq inzibati tənbeh tədbirinin növü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati qaydada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 34.3, 114.1.1, 115, 117, 327.1 və 333.3-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə, İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs qəti olaraq 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati qaydada cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs tətbiq edilən cərimə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin hesabına köçürülsün. Qərarın icrası Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə və Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-69/2025
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-69/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver