Məhkəmə qərarları › İş №3(015)-70/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-70/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-70/2025 08.01.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əliadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Ağstafa Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis baş leytenantı X1 iştirakı ilə, xx.xx.1983-cü ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ağstafa şəhəri, R.Alıcanov 36 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 442-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağstafa şəhəri, M.Rəsulzadə küçəsində pirotexniki vasitələri qanunsuz satışı ilə məşğul olmuşdur. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 09:30 radələrində Ağstafa şəhərində yerləşən bazardan tanımadığı şəxsdən 14 manat məbləğində 01 ROMAN CANDLE ECRC-0808 markalı, 03 ədəd GOLD Pearl qutusu 22 manat, 5 ədəd ENİQMA EK-23-40 qutusu 20 manat, 20 ədəd BİG TRİANGLE CRACKER qutusu 11 manat, qutusu 11 manat SMALL FOOTBALL GRECKER və qutusu 10 manat Little Pirat K0203 adlı pirotexnik vasitələr alıb, satmaq məqsədi ilə,xx.xx.2024-cü il tarixdə Köşt-1 adlı mağazanın qarşısına saat 10 radələrində qoyub satmağa başlamış və həmin tarixdə saat 13 radələrində polis əməkdaşları ona yaxınlaşaraq onun satış etdiyi yerə baxış keçirərək istehsalı və ya satılması qadağan olunmuş pirotexniki vasitələri aşkar etmişlər. Əməlindən peşmandır. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Ağstafa Rayon Polis X2 Bölməsinin polis sahə rəisi polis baş leytenantı X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında tərtib olunan protokolun təmin olunmasını xahiş etdi. İş materiallarında olan inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində Köşk-1 adlı mağazanın qarşısında istehsalı və ya satılması qadağan olunmuş 01 ədəd üzərində ROMAN CANDLE ECRC-0808 sözləri yazılmış, 03 ədəd üzərində GOLD Pearl sözləri yazılmış, 5 ədəd üzərində ENİQMA EK-23-40 sözləri yazılmış, 20 ədəd üzərində BİG TRİANGLE CRACKER sözləri yazılmış, 100 ədəd üzərində SMALL FOOTBALL GRECKER sözləri yazılmış, 86 ədəd üzərində LİTTLE PİRAT K0203 sözləri yazılmış pirotexniki vasitələri qanunsuz satması faktı aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) qanun pozuntusu kimi qiymətləndilməklə şəxsin inzibati məsuliyyətinə səbəb olması təsbit edilib və İnzibati Xətalar Məcəlləsində də müvafiq məsuliyyət tədbirləri müəyyən edilib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 442-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs ilk dəfə inzibati xəta törətmişdir və əməlindən peşmandır. Məhkəmə həmin halları onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirilir. İş materiallarında onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxsa qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin törətdiyi inzibati xətaya görə nəzərdə tutulmuş tənbehdən daha yüngül aşağı həddə cərimə tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Ağstafa şəhəri, M.Ə.Rəsulzadə küçəsində Köşk-1 adlı mağazanın qarşısında istehsalı və ya satılması qadağan olunmuş 01 ədəd üzərində ROMAN CANDLE ECRC-0808 sözləri yazılmış, 03 ədəd üzərində GOLD Pearl sözləri yazılmış, 5 ədəd üzərində ENİQMA EK-23-40 sözləri yazılmış, 20 ədəd üzərində BİG TRİANGLE CRACKER sözləri yazılmış, 100 ədəd üzərində SMALL FOOTBALL GRECKER sözləri yazılmış, 86 ədəd üzərində LİTTLE PİRAT K0203 sözləri yazılmış pirotexniki vasitələr müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 442-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğdə inzibati qaydada cərimə edilsin. Şəxs Ağstafa şəhəri, M.Rəsulzadə küçəsində yerləşən Köşk 1 adlı fəaliyyət göstərən mağazanın qarşısında satışı aşkar edilərək götürülmüş və inzibati xətanın bilavasitə obyekti olmuş pirotexniki vasitələr 01 ədəd üzərində ROMAN CANDLE ECRC-0808 sözləri yazılmış, 03 ədəd üzərində GOLD Pearl sözləri yazılmış, 5 ədəd üzərində ENİQMA EK-23-40 sözləri yazılmış, 20 ədəd üzərində BİG TRİANGLE CRACKER sözləri yazılmış, 100 ədəd üzərində SMALL FOOTBALL GRECKER sözləri yazılmış, 86 ədəd üzərində LİTTLE PİRAT K0203 sözləri yazılmış pirotexniki vasitələr müsadirə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar