Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(015)-706/2025 25.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Əlizadə Ləman Üzeyir qızının katibliyi, X1 iştirakı ilə, X2 tərəfindən AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsi xx.xx.2025 tarixli, EQ 28470322 saylı, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : X2 tərəfindən AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsi xx.xx.2025 tarixli, EQ 28470322 saylı, inzibati tənbeh vermə haqqında qərarından vermiş şikayət ilə bağlı material daxil olmuşdur. Məhkəmə materialı nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən material aidiyyəti üzrə göndərilməlidir. İş materiallarından göründüyü kimi, X2 inzibati xəta törətdiyi üçün barəsində İXM-nin 353.2-ci maddəsi ilə Bakı şəhəri Qaradağ rayon polis şöbəsində xx.xx.2025 tarixli, EQ 28470322 saylı protokol tərtib edilmişdir. Göründüyü kimi, inzibati xətanın törədildiyi yer Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisidir. Bu səbəbdən hazırki material baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməyə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Göründüyü kimi hazırki inzibati xəta Qaradağ rayonu inzibati ərazisində törədilmiş, Məhkəməyə isə barəsində qərar çıxarılmış şəxsin yaşadığı yer üzrə baxılması barədə vəsatət verilməmişdir. Bu səbəbdən hazırki şikayət baxılması baxılması üçün aiddiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərililir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, X2 tərəfindən AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsi xx.xx.2025 tarixli, EQ 28470322 saylı, inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə material baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nın 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X2 tərəfindən AR DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025 tarixli, EQ 28470322 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət üzrə material baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(015)-706/2025
Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(015)-706/2025
25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver