Məhkəmə qərarları › İş №3(015)-708/2025

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(015)-708/2025

17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(015)-708/2025 17.06.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağstafa RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı X3 iştirakı ilə, xx.xx.1958-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonunun Zəlimxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232- 1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Ağstafa rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09 radələrində yaşadığı Ağstafa rayonu Zəlimxan kəndində qonşusu X1 evi ilə torpaq sahəsi arasında olan təxminən 30 metr uzunluğunda dəmir toru müxtəlif yerlərindən kəsmiş və 15 ədəd beton sütunları sındırmışdır. Buna görə də, Şəxs barəsində Ağstafa rayon polis şöbəsi tərəfindən İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, X4 ilə həmkəndlidir və onunla aralarında torpaq mübahisəsi olmuşdur. Bu səbəbdən əsəbi olduğundan xx.xx.2025-ci il tarixdə saat 09 radələrində yaşadığı Ağstafa rayonu Zəlimxan kəndində qonşusu X1 evi ilə torpaq sahəsi arasında olan təxminən 30 metr uzunluğunda dəmir toru müxtəlif yerlərindən kəsmiş və 15 ədəd beton sütunları sındırmışdır. Hazırda etdiyi əməldən peşmandır və zərərçəkmiş şəxslə barışmışıdr. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, Şəxs ilə həmkəndlidir və onunla aralarında torpaq mübahisəsi olmuşdur. Bu səbəbdən Şəxs xx.xx.2025-ci il tarixdə saat 09 radələrində yaşadığı evi ilə qonşu torpaq sahəsi arasında olan təxminən 30 metr uzunluğunda dəmir toru müxtəlif yerlərindən kəsmiş və 15 ədəd beton sütunları sındırmışdır. Hazırda Şəxs ona dəymiş ziyanlığı ödəməsə də ödəməyi barədə razılığa gəlmişlər. Ona görə də, qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim olunmuş materiallardan müəyyən olunur ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09 radələrində yaşadığı Ağstafa rayonu Zəlimxan kəndində qonşusu X1 evi ilə torpaq sahəsi arasında olan təxminən 30 metr uzunluğunda dəmir toru müxtəlif yerlərindən kəsmiş və 15 ədəd beton sütunları sındırmışdır. Həmin hadisə baş verən zaman X2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, X4 isə ərizə ilə Ağstafa RPŞ-nə müraciət edərək qonşusu Şəxs ona məxsus həyətyanı torpaq sahəsinin çəpərinə zərər verməsini bildirmişdir. Polis şöbəsində aparılmış araşdırma zamanı dəymiş ziyanın məbləği 195 manat məbləğində müəyyən edildiyindən toplanmış material üzrə əməldə cinayət hadisəsi olmadığından 23 may 2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağstafa RPŞ-nin İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Lakin hazırda Şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilməmişdir. Bu səbəbdən inzibati iş üzrə icraata xitam verilə bilməz. Beləliklə, Şəxs tərəfindən İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə Şəxs inzibati tənbehin tətbiqi ilə aşağıdakıları qeyd edir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, bu icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə Şəxs inzibati xətaya görə məsuliyyət məsələsinə qiymət verərkən onun əməlindən səmimi peşman olmaqla zərərçəkmiş şəxslə barışmasını və ilk dəfə inzibati xəta törətməsini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətalara görə inzibati tənbeh tədbirinin İXM-nin 157-ci maddəsi ilə cərimə, İXM-nin 232-1-ci maddəsi ilə isə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında inzibati tənbehi tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 118 ,157 və 232-1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 195 (yüz doxsan beş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar